Putindən sərt xəbərdarlıq gəldi

img

05-05-2015 [16:01]


Konyuktur siyasi maraqlar naminə nasistlərə və onların əlaltılarına bəraət qazandırmaq yolverilməzdir. 

ANS PRESS-in məlumatına görə, bu sözlər Rusiya prezidenti Vladimir Putinin Moskvada keçirilən Rusiya - Çin konfransının iştirakçılarına yönəltdiyi məktubunda yer alıb. 

"Bu cür əməllər nəinki təkcə əxlaqsızlıq deyil, həm də həddindən artıq təhlükəlidir. Onlar dünyanı yeni münaqişələrə, zülmə və zorakılığa sürükləyirlər", - deyə Putin öz məktubunda vurğulayır.

Daha öncə prezident Vladimir Putin tarixi saxtalaşdıranlara qarşı mübarizə aparmağa çağırmışdı. Mart ayında isə Putin bildirmişdi ki, Böyük Vətən müharibəsi haqqında həyasız yalan danışmaq və onu qaralamaq cəhdlərinin həqiqətə heç bir dəxli yoxdur və siyasi məqsədlərlə istifadə edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA