Corc Sorosa 7 milyardlıq cərimə

img

02-05-2015 [14:07]


Amerikalı milyarder Corc Sorosa vergi ödəmələrini gecikdirməyə görə təqribən 7 milyard dollar məbləğində vergi qalığı cəzası tətbiq edilə bilər.Amerikalı milyarder Corc Sorosa vergi ödəmələrini gecikdirməyə görə təqribən 7 milyard dollar məbləğində vergi qalığı cəzası tətbiq edilə bilər.

C. Soros öz fondundan təkrar maliyyələşdirmə hesabına müştəri ödənişləri üzrə vergini ödəməyib. Beləliklə, vəsaitlər vergi kimi toplanıb. Bu, qanundakı "boşluqlar” hesabına bir neçə il müddətində mümkün olub.

Lakin ABŞ Konqresi 2008-ci ildə bu normanı təxirə salıb və bundan istifadə edən şəxslərə öz hesablaşmalarını həll etmək üçün 2017-ci ilə kimi vaxt verib.

"Blomberg”in hesablamalarına görə, bu yolla Corc Soros 13,3 milyard dollar əlavə gəlir əldə edib. Ekspertlər bu gəlirin vergisini hesablayaraq, milyarderin 6,7 dollar milyard ödəməli olacağını bildirirlər.

Agentlik qeyd edir ki, dəyişiklikdən bir qədər əvvəl Corc Soros aktivlərini gələcəkdə vergi sığınacağı kimi düşündüyü İrlandiyaya köçürüb. Lakin hüquqşünaslar onun 2017-ci ildə əlavə vergidən necə yayınacağı yollarını bilmədiklərini bəyan ediblər.
(Apa)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA