Nazarbayev rəqibsiz liderdir - Qazaxıstanda seçkidir

img

26-04-2015 [13:28]


Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir. 

ANS PRESS-in məlumatına görə, seçkilərdə hazırkı prezident Nursultan Nazarbayevin qalib gələcəyi gözlənilir. Çünki ölkə müxalifəti Nazarbayevə rəqib olacaq namizəd irəli sürməyib. 

Dövlət başçısı vəzifəsinə digər iki namizəd isə, hökumətyönümlü siyasət aparır. Seçki kampaniya ərəfəsində Nazarbayev ölkədə iqtisadi və sosial stabillik yaradacağına vəd verib.

İnsan hüquqları müdafiəçiləri Qazaxıstan hökumətini daimi olaraq müxalifətə təzyiq göstərməkdə ittiham edirlər.

Seçkilərin növbədənkənar keçirilməsinə səbəb 2016-cı ildə Qazaxıstan milli məclisinin 5-ci çağırışının vaxtının bitməsi ilə izah olunur. Qazaxıstan konstitusiyası həm parlament, həm də prezident seçkilərinin eyni vaxtda keçirilməsini qadağan etdiyi üçün prezident seçkilərinin vaxtını qabağa çəkmək zərurəti yaranıb.

Bundan əlavə, qazaxıstanlı ekspertlərin proqnozlarına görə, 2016-cı ildə qlobal iqtisadi böhran pik həddə çatacaq. Hökumət isə, həmin bu dönəmə stabil hökumətlə daxil olmaq istəyir.

Hazırki prezident Nursultan Nazarbayev ilk dəfə 1991-cı ildə Qazaxıstan Sovet Sosialist Respublikasından müstəqillik elan etdikdən sonra dövlət başçısı seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA