Mərkəzi Bankdan manatla verilən kreditlərlə bağlı AÇIQLAMA

img

24-04-2015 [13:28]


Özəl banklara "açıq pəncərə" qoymuşuq ki, manata olan tələbatlarını, xüsusilə, manatla kredit vermək üçün manata olan ehtiyaclarını ödəyə bilsinlər.

Mia.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev son zamanlar kommersiya banklarının müştərilərə ancaq dollarla krediti təklif etməsi məsələsinə aydınlıq gətirərkən bildirib. Onun sözlərinə görə, bankların əsas resursları bu gün dollarla ifadə olunduğu üçün onlar da dollarla kredit verməyə üstünlük verirlər. O, qeyd edib ki, həmçinin, 21 fevral manatın devalvasiyasından sonra banklar manatla kredirt verməyə bir qədər ehtiyat edirlər. "Onlar belə demək mümkünsə, risqlərini normallaşdırmaq üçün bu addıma gedirlər. Onu da deyim ki, heç bir bank müştərini dollarla kredit almağa məcbur edə bilməz. Çünki bank əvvəlcədən müştəriyə təklif edir ki, o, dollarla kredit verir. Yəni, burada hansısa məcburetmədən söhbət gedə bilməz. Bu, müştərinin öz seçimindən asılıdır. Bununla yanaşı, banklar manatla da kredit verə bilərlər və verirlər. Ancaq dediyim ki, onların əsas resursları dollarla ifadə olunduğu üçün dollarla kredit verməyi daha üstün sayırlar. Bu yaxınlarda mətbuatda da belə bir məlumat getmişdi ki, guya Mərkəzi Bank özəl banklara manatla kredit verməyi qadağan edib. Bunlar hamısı yalan məlumatlardır, belə bir qadağadan söhbət gedə bilməz"-deyə, A. Quliyev daha sonra sözlərinə əlavə edib.

Qeyd edək ki, parlamentin İqtisadi siyasət komitəsinin aprelin 24-də keçirilən içlasında sözügedən komitənin üzvü Rüfət Quliyev bankların yalnız dollarla kredit vermək hüququnun, səlahiyyətinin olub-olmaması ilə maraqlanıb: "Son zamanlar banklar vətəndaşlara ancaq dollarla kredit təklif edirlər. Mən də bilmək istəyirəm ki, onların belə bir hüququ, səlahiyyəti varmı ki, ancaq dollarla kredit versinlər?". Komitənin digər üzvü Əli Məsimli də dollarlaşma prosesi ilə bağlı narazılığını ifadə edib və təklif edib ki, Mərkəzi Bak dollarlaşma prosesinin qarşısının alınması üçün müvafiq ölçülər götürsün.

Digər xəbərlər
SON XƏBƏRLƏR