Cavid Qurbanov islahat qərarı verdi - Nazir və qardaşı ilə açıq savaş başladı

img

23-04-2015 [19:01]



"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov yeni rəhbərlik etdiyi sahədə ciddi kadr və struktur islahatlarına qərar vermək üzrədir.

Mia.az Strateq.az-a istinadən xəbər verir ki, Cavid Qurbanov təyinatından sonra QSC-dəki real vəziyyət və inkişaf perspektivləri ilə bağlı yeni plan hazırlamaqla yanaşı, həm də qurumu keçmiş rəhbərliyin kadrlarından "təmizləmək” niyyətini büruzə verməyə başlayıb:

«Cavid Qurbanov "təmizləmə əməliyyatı” zamanı təkcə hazırda nazir müavini olan Arif Əsgərovun kadrları ilə vidalaşmayacaq. Dəqiq bildiyimə görə, o, nazir Ziya Məmmədovla «Azəryolservis» ASC-ni qeyri-rəsmi «çətir»i altına alan qardaşı Nəriman Məmmədovun son bir ay ərzindəki əməllərini bağışlamaq niyyətində deyil. Yəni, QSC sədri nazirin qardaşının "Azərbaycan Dəmir Yolları" QSC-də himayə etdiyi şəxslərlə də yollarını ayıracaq. Çünki bu iki qardaş Cavid Qurbanovun «Azəryolservis»dəki bütün kadrlarını demək olar ki, ya vəzifələrindən uzaqlaşdırıblar, ya da statuslarını qeyri-rəsmi əllərindən alıblar. Bir sözlə, nazir Ziya Məmmədovla qardaşının Cavid Qurbanovun «Azəryolservis»dəki izini silmək cəhdləri cavabsız qalmayacaq. Cavid Qurbanov da "Azəryolservis"dəki kadrlarına qarşı münasibəti nəzərə alaraq, "Azərbaycan Dəmir Yolları" QSC-də nazir və onun qardaşlarının himayə etdiyi kadrları «vurmağa» hazırlaşır. Doğrudur, Cavid Qurbanovun nazirlə çox açıq şəkildə üz-üzə gəlməkdən "diplomatik" formada yayınacağı da gözlənilir. Yəni onun bəzi kadrları "tədbirli davranış"la yola salacağı istisna deyil. Məsələn, struktur islahatı ilə iki idarəni birləşdirəcək və arzulamadığı adamlardan ən azı birini vəzifədən uzaqlaşdıracaq. Çox güman ki, o, «Azəryolservis»də işdən çıxarılan kadrlarını keçmiş rəhbərliyin kadrlarından boşalan yüksək vəzifələrə də yerləşdirəcək».

Müsahibimiz deyir ki, Cavid Qurbanov bununla bağlı bir neçə sadiq tərəfdarına vəd verərərk, onlara Nəriman Məmmədovun və «Azəryolservis»in səlahiyyəti məhdudlaşdırılmış sədr əvəzi Saleh Məmmədovun hərəkətlərinə səbrli yanaşmağı tövsiyə eləyib:

«Cavid Qurbanov tərəfdarlarına «səbrli olun, yaxınlarda sizi buraya gətirəcəm»- deyərək, bir az gözləməyi məsləhət görüb. Bu da onu göstərir ki, yaxın vaxtlarda "Azərbaycan Dəmir Yolları" QSC-də ciddi dəyişikliklərə start veriləcək».

Cavid Qurbanovun Ziya Məmmədova sonadək müqavimət göstərə biləcəyinə gəldikdə isə, müsahibimiz"Cavid Qurbanovun QSC-yə təyinatı Ziya Məmmədovun deyil, birbaşa prezident İlham Əliyevin iradəsi və sərəncamı ilə həyata keçirilib. Sərəncamdan əvvəl isə Prezident onu qəbul edib, tapşırıq və tövsiyyələrini verib. Bundan əlavə, Cavid Qurbanov nəqliyyat sektorunda yeganə rəhbər şəxslərdəndir ki, son iki ayda gördüyü bütün işlər və planlar haqqında birbaşa hakim dairələrə məruzə edir. Yəni məsələ dərinə gedəcəyi təqdirdə, Ziya Məmmədov onu dayandırmaq gücündə deyil. Amma sözsüz ki, bu onlar arasındakı nifaqı daha dərinləşdirəcək. Yəni nazir də bu həmləni cavabsız buraxmayacaq...”, - deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR