22-04-2015 [12:06]
Naxçıvan MR Babək rayonu, Cəhri kəndində qeydiyyatda və hal-hazırda Bakıda yaşayan Hüseynov Samiq Zamin oğlu şikayət məktubu daxil olub.
Şikayətçi yazır ki, Bakı şəhəri, Səbail rayonu A. Abbaszadə 17 ünvanda «MARS-A» MTK ("MTK”) tərəfindən inşa edilən çoxmərtəbəli «Prestij Palace» yaşayış binasında MTK rəhbərliyinin müəyyən etdiyi qaydalar əsasında fəhlə işləyib:
İş icraçısı tapşırıq verdi, tross qırıldı və...
"13 aprel 2012-ci il tarixdə, təxminən saat 16-17 radələrində binanın iş icraçısı Vaqif adlı şəxsin tapşırığı əsasında 40 ədəd aqlay daş piltələrini binaya bərkidilmiş yük qaldırıcı qurğu ilə ("libyotka”) 11 -ci mərtəbəyə (yaşayış sahəsinin 9-cu mərtəbəsinə) qaldırarkən, MTK-nın işçisi Hilalın şəxsində "libyotka” 11-ci mərtəbəyə çatdırılarkən trosu qırıldı. Nəticədə daş plitələrlə birlikdə 11-ci mərtəbədən yerə düşərək ağır bədən xəsarətləri aldım. Hadisədən dərhal sonra binanm mühafizəçiləri, MTK-nın iş icraçısı Vaqif və digər şəxslər məni ölümcül vəziyyətdə İsa adlı işçinin şəxsi avtomobili ilə yaxınlıqdakı Mərkəzi Kliniki Xəstəxanaya götürüblər. Xəstəxanada müayinədən sonra ilkin tibbi yardım və müalicəm üçün lazım olacaq pul qabaqcadan tələb edildiyindən onlar razılaşmayaraq, məni 1 saylı Şəhər Kliniki Tibb Mərkəzinə aparıblar.
Orada müayinə zamanı mənə belə diaqnoz qoyulmuşdur: müştərək travma: QKBT, baş beynin silkələnməsi Ll, L2, L3, L4, L5 fəqərələrinin yan çıxıntılarının, L3, L4, L5 fəqərələrinin cisminin və oma sümüyünün və sağ sirkə kasası dibinin sınığı, sağ daban sümüyünün açıq, sol daban sümüyünün qapalı qəlpəli sınığı və incik sümüyünün aşağ 1/3-nin qapalı yerdəyişən qəlpəli sınığı, sol baldır sümüklərinin orta 1/3-nin açıq qəlpəli, sağ incik sümüyünün aşağı 1/3- nin qapalı qəlpəli yerdəyişən sınıqları, 3 ədəd dişinin sınıqları, sol dirsək nahiyyəsinin və döş qəfəsinin əzilməsi, travmatik şok 3-cü dərəcəli». Bütün bunlarla yanaşı, ciyərlərimdə, mədəmdə və digər orqanlarımda da fəsadlar yaranıb. Həkimlər bildirirlər ki, çanaq və digər orqanlarımda vacib olan cərrahiyyə əməliyyatının aparılması və tam sağalmağım məqsədilə əməliyyatların Türkiyə və ya Almaniyada bu sahə üzrə ixtisaslaşmış xəstəxanalarda həyata keçirilməsi zəruridir. Lakin, bu əməliyyatların aparılması üçün ən azı 90-100 min manat məbləğində vəsait lazımdır. Həmin vəsaitin ödənilməsi mənim imkanımız xaricindədir”.
Səbail Məhkəməsində edilən müdhiş saxtakarlıq və ya şirkət hadisədən necə yayınıb?
Naxçıvan sakini bildirir ki, bu günədək müalicəsini Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Nizami küçəsi döngə 7, ev 14 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evini satmaqla özü həyata keçirib:
"42000 (qırx iki min) ABŞ dollarına satdığımız evin pulları indiyədək olan müayinə və müalicəmə sərf olunub. Bundan başqa yaxın qohumlarımın topladığı 10000 (on min) manat pul vəsaiti də müalicəmə xərclənib. Respublikamızın bir sıra tibb müəssisələrində müayinə və müalicə ilə bərabər, dəfələrlə İran İslam Respublikasına və Türkiyəyə getmişəm.Hazırda evsiz-eşiksiz qalmışam, yaxın qohumlarımın evində yaşayıram. Hələ uşaq ikən atam vaxtsız vəfat etmiş, anam bizi təkbaşına böyüdüb. Məni ən çox ağırdan isə anamın belə olmağıma dözməyərək, vəfat etməsi oldu. MTK rəhbərliyi isə kasıb və əlil vəziyyətinə düşməyimizdən istifadə edərək, cinayət xarakterli əməllərə al atıblar. Belə ki, MTK-nın rəhbərliyi baş vermiş hadisədən sığortalanmaq üçün "Mətin Qartal” adlı MMC yaradaraq məni tanımadığım həmin Cəmiyyətin işçisi kimi qələmə verməklə Səbail Rayon Məhkəməsinin qanunsuz və ədalətsiz qətnaməsi ilə məsuliyyətdən yaxa qurtarmağa nail olublar. Halbuki, cavabdeh şəxslər mənim müayinə və müalicəm üçün çəkiləcək bütün xərcləri ödəyəcəklərinə söz vermələrinə baxmayaraq, sonradan bu vəddən də qaçıblar. Yəni "Mars-A” MTK-nın rəhbəri Vaqif Əmiyev, "Mətin Qartal” MMC-nin direktoru Qasım Hüseynov iş başında texniki təhlükəsizliyə əməl edilmədiyindən aldığım xəsarətlər səbəbində əmək qabiliyyətimi itirməyimə və 1-ci qrup əlil olmağıma da əhəmiyyət verməyiblər”.
Hakim İmran Burcayevdən şübhəli qərarlar və ya iş niyə uzadılır?
Şikayətçi yazır ki, tam sağalması və müalicəsini davam etdirmək zorundadır: "İşləyə bilmirəm, dolanışıq üçün heç bir yerdən gəlirim yoxdur, digər şəxsin qulluğuna ehtiyacım var. Aldığım xəsarətlərin də müalicəsi üçün külli miqdarda maddi vəsait tələb olunur.Bundan sonrakı müalicə xərclərinin ödənilməsi isə mənim imkanım xaricindədir. Ona görə də maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə 2013-cü ilin iyun ayında Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişəm. Həmin iş məhkəmənin hakimi İmran Burcayevin icraatına verilib. Hakim İmran Burcayev də cavabdehlərə havadarlıq edir, işə baxılmasını süni şəkildə uzadır. Belə ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan üç ay sonra 28.11.2013-cü il tarixdə sağlamlıq vəziyyətimin təyin edilməsi və müalicəmə çəkiləcək xərclərin müəyyən edilməsi barədə kompleks ekspertiza təyin edilib.
Nizami rayon Məhkəməsinin 28.11.2013-cü il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən 28.12.2013-cü il tarixdəiş üzrə ekspertiza başlamış və 12.02.2014-cü il tarixdə sağlamlıq vəziyyətimin təyin edilməsi hissəsində başa catmışdır. 362/KEŞ saylı ekspert rəyində qeyd edilmişdir ki, mənim 28.01.2014-cü il tarixdə maşında məhkəmə-tibbimüayinəm keçirilmişdir. Kənar şəxsin köməyi olmadan hərəkət edə bilmirəm. Mütəmadi müalicələr almağıma baxmayaraq 28.01.2014-cü il tarixdən sonra mənim səhhətimdə heç bir müsbət irəliləyiş olmamış, aparılan müəlicələr mənim səhhətimin daha da pisləşməsinin qarşısını almağa yönəlmişdir.
Beləliklə, sağlamlıq vəziyyətim ilə əlaqədar çəkiləcək xərclərin miqdarının müəyyən edilməsi məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətinə aid olmadığı ekspert rəyində qeyd edilməklə iş materialları rəylə birlikdə məhkəməyə qaytarılmışdır.
Bundan sonra mülki iş materialları müalicəmə çəkiləcək xərclərin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməli olduğu halda, işə baxan hakim hansısa səbəbdən mülki işin güya aidiyyəti üzrə Naxçıvan şəhər məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edmişdir. Həmin qərardaddan vermiş olduğum şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təmin edilərək, işə Nizami Rayon Məhkəməsində baxılması qərara alındı.
Ancaq hakim İmran Burcayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən iş üzrə səlahiyyətləri daxilində rəy verilməsinə baxmayaraq, mülki işi üçüncü dəfə təkrarən həmin idarəyə göndərib. Səbəbini soruşduqda hakim və onun köməkçisi bu özbaşınalığı, xoşagəlməz halın yaranmasını biri-birinin üzərinə atdılar. Bu süründürməçiliyə və ozbaşınalığa son qoyulması üçün aidiyyəti orqanlara, Prezident Aparatına, Məhkəmə- Hüquq Şurasına edilən şikayətlər də nəticəsiz qalıb. Elə bil ki, iddia ərizəm məhkəməyə deyil, "BERMUD” üçbucağına düşübdür.
Hörmətli redaksiya!
Acınacaqlı və çətin vəziyyətdə qalmağımı nəzərə alaraq, Bakı şəhər Nizami Rayon Məhkəməsinin hakimi İmran Burcayevin və onun koməkçisi Nicat Ələkbərovun özbaşınalığına son qoyulması, iki ildən artıq davam edən mülki işə vaxtında baxılıb, iş üzrə müvafiq qərar qəbul edilməsi üçün müvafiq araşdırma aparmağınızı və şikayətimi saytınız vasitəsilə aidiyyəti orqanlara çatdırılmasını Sizdən xahiş edirəm”(Strateq.az).
"Fənərbaxça" Konyada vacib xal itiirb
Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsinin ilkin seçimi olub - SİYAHI
HƏMAS-la İsrail atəşkəsə razılaşıb? - İsrail təsdiqləmir, şərtlər də gizli saxlanılır
Paşinyan Moskvaya gedir - Putinlə ikitərəfli görüş olacaq
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - Xəbərdarlıq
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonasında 2046.3 hektar ərazi minalardan təmizlənib
Dövlət qulluğuna imtahan keçiriləcək
DSMF-də rəsmi yoxlama başlayıb - Açıqlama
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTATIN RAMİZ MEHDİYEVƏ ŞOK MƏKTUBU ÜZƏ ÇIXDI: "Hörmətli ağsaqqalım..." - "Bəlkə, özləri yazıb "qol" çəkiblər?" - FOTO (YENİLƏNİB)
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
RUSİYA UKRAYNANI ADDIM-ADDIM ƏLƏ KEÇİRİR: "Xarkov və Donetskdə daha iki yaşayış məntəqəsi nəzarətə götürülüb"
Qəzzada savaşın 213-cü günü: ölənlərin sayı artlb
Hakim: "AMEA-nın vitse-prezidenti bilərəkdən, ya bilməyərəkdən cavab vermir" - Qalmaqallı məhkəmə (FOTOLAR)
Keçmiş komitə sədri hakim qarşısına çıxarılır - Korrupsiya ittihamı
Türkiyədə ağır qəza: 8 nəfər ölüb, çoxlu sayda yaralı var - FOTOLAR
Ağdərə və Qubadlıda insan qalıqları tapılıb - Prokurorluq araşdırma aparır (Yenilənib)
Joze Mourinyo Türkiyəyə gəlir - İki illik razılaşma əldə olunub
ABŞ səfiri Füzuli və Şuşada - FOTOLAR (YENİLƏNİB)
Putin beşinci dəfə and içəcək
QMİ Məhərrəmlik ayının başlanacağı tarixi açıqladı
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO (Yenilənib)
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü - Sabiq mətbuat katibi vəzifəyə təyin olunub
Azərbaycanla daha bir ölkə arasında viza tələbi aradan qaldırılıb
Gömrük Komitəsinin sədri özünə daha bir müşavir götürüb
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir - Dəyişiklik
ABŞ-da unikal hadisə: qadın 10 həftə ərzində lotoda iki dəfə 1 milyon dollar qazanıb - "Qənaətlə xərcləyəcəm"
Dövlət xidməti rabitə müəssisələrini "vurdu": “Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
Anar Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
İki həftə əvvəl "ərim məni döyür" harayı çəkən müğənni ölüm xəbərindən dərhal sonra dəyişdi: "Andımıza sadiq qaldıq, canım yoldaşım"
İsrail əsgərləri Tulkerim qaçqın düşərgəsini mühasirəyə alıb
SABİQ NAZİRİN OĞLUNUN ADI HALLANAN MƏHKƏMƏ PROSESİ: "90 milyon manat ayrılmışdı..." (Yenilənib)
Qəbul imtahanına qeydiyyat başa çatır
Qubad İbadoğluna elektron qolbaq taxılıb
İnəkdən quş qripinə yoluxan var - "Gözləri qıpqırmızı olub"
Neft Fondu əməkdaşları 3 günlük istirahətə 118 min manat xərcləyəcək