Nazarbayevdən sensasion açıqlama - Türkiyəyə çağırış oldu

img

16-04-2015 [16:52]


Avrasiya İqtisadi Birliyi Türkiyə üçün türk biznesinin yeni bazarlara çıxmasına imkanlar açacaq.
 
Bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğanla danışıqların yekununda bildirib.
 
"Qazaxıstan Türkiyə vasitəsilə Avropa və Yaxın Şərqə çıxa bilər. Avrasiya İqtisadi Birliyi türk biznesinə yeni bazarlara çıxmağa yol açır”, - Nazarbayev mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, hər iki ölkə əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir.
 
Bununla əlaqədar Qazaxıstan prezidenti türk biznesini "Nurlı jol” infrastruktur layihəsinin və respublika sənayesinin inkişafı üçün təşəbbüslərin həyata keçirilməsində iştiraka dəvət edib.
 
Eyni zamanda Qazaxıstan rəhbəri Türkiyə ilə qarşılıqlı ticarətin həcminin azaldığını vurğulayıb.
 
"Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 3,5 mlrd dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə azdır. Lakin bu dünya böhranının təsiri üzündən baş verir”, - Nazarbayev deyib. (oxu.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA