15-04-2015 [12:06]
Bu gün Avtosfer.az saytının 1 yaşı tamam olur. Saytın baş redaktoru Elməddin Muradlı bu münasibətlə öz fikirlərini bizimlə bölüşüb.
- Bu bir ildə nəzərdə tutulan işlərin neçə faizini görə bildiniz? Ümumiyyətlə, işiniz özünüzü qane edirmi?
- Avtosfer.az saytının yaradılması çoxdan fikrimdə var idi. Çünki həmişə yol polisləri, sürücülər və ümumiyyətlə, yol hərəkəti qaydaları ilə bağlı nəsə maarifləndirici işlərin görülməsini düşünürdüm. Nəhayət, ötən il Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yol hərəkəti sahəsində maarifləndirməyə həsr olunmuş layihəmiz baş tutdu və bu layihə çəçivəsində də Avtosfer.az saytını yaratdıq. Nəzərdə tutulan layihə uğurla bitdi. Rəhbərlik etdiyim Jurnalistika və İnkişaf Mərkəzi İctmai Birliyi Şura tərəfindən fəxri fərmanla təltif olundu, bu layihənin uğuru bizi də sevindirdi. Lakin düşünmürəm ki, nəzərdə tutulan bütün işləri görə bilmişik. Çünki yol hərəkəti sahəsi elə bir mürəkkəb sahədir ki, burada danışmağa çox söz var, çox işləmək lazımdır. Hər gün qanunlar dəyişir, yenilənir və təcrübədə görürük ki, bəzən yol polisi bu dəyişiklikləri vaxtında və düzgün tətbiq etmir, bəzən də sürücülər dəyişikliklərdən tam məlumatlı olmurlar. Bu da yol polisi-sürücü münasibətlərində müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Bütün bunları nəzərə alaraq bu il Şuranın dəstəyi ilə yeni bir layihəyə start vermişik ki, burada da sırf yol polisi-sürücü münasibətlərindən bəhs olunur. Artıq layihənin icrasına başlamışıq. Tezliklə bu layihəmiz də ölkəyə səs salacaq. Necə ki, Avtosfer.az layihəsi rezonans doğurdu, yeni layihəmiz də belə olacaq.
Bizim başlıca məqsədimiz odur ki, insanlar yol hərəkəti qaydalarını yaxşı bilsinlər və əməl etsinlər. Çünki qəzalar və digər problemlər məhz qaydaları bilməməkdən meydana gəlir. Nadir hallarda ola bilər ki, qayda pozmayan sürücü qəzaya düşsün. Nadir hallarda ola bilər ki, qayda pozmayan sürücünü yol polisi saxlayıb cərimə yazsın. Belə halda da kimsə şikayət edirsə, haqqını tələb edirsə, qalib gəlir, onun hüquqları bərpa olunur. Mən dəfələrlə şahidi olmuşam ki, haqsız yerə yazılan protokol ləğv edilib və onu yazan polis inspektoru da cəzalandırılıb. Daxili İşlər Nazirliyi rəhbərliyinin belə məsələlərə həsass yanaşdığının şahidiyəm. Amma məsələ burasındadır ki, bu gün yol polisi tərəfindən saxlanılan sürücülərin 90 faizi özünü haqlı çıxarmağa çalışır. Bu, bir tərəfdən yaxşıdır. Amma qaydaları öyrənmədən, bilmədən özünü haqlı saymaq düzgün deyil. Bununla yol polisinin də vaxtını alırlar. Şikayət edirlər, o şikayət araşdırılır, müəyyən vaxt gedir. Yol polisləri arasında da səhv edənlər olur, belələri əksər hallarda cəzalandırılır. Hətta, bir dəfə Avtosfer.az saytında video da yaymışdıq ki, yol polisi maşını ilə qayda pozan DYP əməkdaşı cərimə olundu. 100 manat və 4 bal. Bu, kiçik məsələ deyil. Demək ki, istək olanda qanun hamı üçün eyni ola bilər. Amma məni düşündürən bir məsələ var ki, qanunun hamı üçün işləməsi hələ ki, tam mümkün deyil. Biz yol polislərindən nə qədər tələb etsək ki, hamını cərimələ, qayda pozanlara güzəşt eləmə, yenə də mümkün olmur. Obyektiv və subyektiv səbəblər var ki, bunu həll etmək üçün xeyli vaxt lazımdır.
Gördüyümüz işlərə gəlincə, bizi qane edir. Qane etməyən odur ki, bu qədər əziyyət çəkirik, yazırıq, informasiya veririk, sadə dildə izah edirik. Amma bir də baxıb görürük ki, yazılanları oxuyan, deyilənləri eşidən sürücü gedib yenə də öz bildiyini edir.
Bu gün Avtosfer.az saytı hər kəsin üzünə açıqdır. Belə də olacaq. Çünki hər kəsin burada söz demək imkanı var. Oxucular yazırlar, çəkirlər və bizə göndərirlər. Biz onları işıqlandırırıq. Əksər hallarda DYP rəhbərliyi dərhal reaksiya verir, tədbirlər görürlər, qaldırılan məsələlər həllini tapır. Amma həlini gözləyən çoxlu məsələlər var.
Biz bu işə təzə başlayanda eşidirdim ki, yol polisində bizə müxalifət kimi baxırlar. Mən çaşıb qalmışdım ki, adamın nöqsanlarını deyəndə, düz söz yazanda, qaydalardan danışanda müxəlifət olmaq necə olur? Əksinə, düşünürdük ki, yol polisi bizimlə daha sıx əməkdaşlıq edər. Çünki bizim gördüyümüz işin başlıca məqsədi insanları, sürücüləri, piyadaları maarifləndirməkdir. Yol polisi də bu işdə maraqlı olmalıdır. Çünki hər şey maarifləndirmədən, təbliğatdan başlayır. Sağ olsunlar, son vaxtlar yol polisi bizimlə normal əlaqələr qurub. Amma yenə də bəzi istəklərimiz cavabsız qalıb. Elə şeylər var ki, təkbaşına edə bilmirik. Baxıram, Daxili İşlər Nazirliyinin ayrı-ayrı idarələri müxtəlif məsələlərlə bağlı QHT-lərlə, ictimai birliklərlə sıx əməkdaşlıq edir. Ancaq yol polisi ilə bağlı bunu görə bilmirik. Son vaxtlar bir neçə tədbirimiz oldu, yol polisləri ilə birlikdə edə bildik. Yeni layihəmizdə də bir sıra tədbirlər nəzərdə tutulub. İnanıram ki, yol polisi bizə yaxından dəstək olacaq.
İstəyirik ki, yol polisiilə birlikdə daha təsirli maarifləndirici tədbirlər keçirək, işlərgörək. Tənqiddən isə sadəcə nəticə çıxarmaq lazımdır. Biz heç vaxt heç kimi təhqir etməmişik və belə bir niyyətimiz də yoxdur. Amma qunana əsaslanıb tənqid yazanda bizə müxalifət damğası vurmaq istəmələri bir az qəribə gəldi. Hərdən fikirləşirəm ki, yol polisindən tənqid yazırıq, müxalifət deyirlər, avtoxuliqanlardan, intizamsız sürücülərdən nəsə yazanda, onların fotolarını, videolarını yazanda da mədəniyyətdən uzaq insanlar bizə qarşı hücuma keçir, təhqir, hədə-qorxu dolu mesajlar yazırlar. Mən də öz-özümə düşünürəm ki, bundan sonra nə yol polisindən yazaq, nə də avtoxuliqanlardan. Sadəcə olaraq, Barak Obama ilə Vladimir Putinin maşınlarından yazmaq lazımdır…
Sözünaçığı, mənim ümumiyyətlə, müxalifətlə bir bağlılığım yoxdur. Olmasını da istəmirəm. Çünki mən jurnalistəm və jurnalistin də siyasi partiya üzvü olması normal hal deyil. Hər bir jurnalist gördüyünü, bildiyini, eşitdiyini yazıb insanlara çatdırmaqdır. Başqa birşeyağlımagəlmir.
- Avtosfer.azfəaliyyətə başladığı ilk gündən fərqlənməyə başladı. Buna görə də bir çox hallarda təzyiqlərlə, hücumlarla üzləşdiz. Buna görə məyusluq keçirdinizmi?
- Məyusluq keçirmədim. Sadəcə, düşündüm ki, səviyyəsiz insanlar öz düşüncələri ilə hərəkət edirlər və belə də olacaq. Biz səbrlə, təmkinlə o hücumları dəf edə bildik. Bir təşkilat rəhbərindən yazmışdıq ki, xidməti maşınının cəriməsi var, amma ödəmir. Sağ olsun, o da göstəriş verdi, saytımıza xaker hücumları təşkil olundu, iki həftə işləyə bilmədik. Sonradan öyrəndim ki, bu iş üçün 5 min manat pul xərcləyiblər ki, Avtosfer.az-ı dağıtsınlar. Amma ağlı başında olan adam 5 min manatla çox böyük xeyriyyə işi görə bilərdi.
Saytımızın başqalarından seçilməsində qısa müddətdə tanıdığım, dostluq etdiyim və hörmətlə yanaşdığım hüquqşünas Ərşad Hüseynovun bizə təmənnasız dəstəyi oldu. Mən ondan öyrəndim, ona çox şeydə borcluyam. O, Azərbaycan cəmiyyətində yol hərəkəti sahəsini əzbər bilir, nöqsanları, yaxşılıqları hamıdan çox bilir. Bu sahənin bir nömrəli eksperti kimi Ərşad müəllimi tanıyıram. Onunla birlikdə bu saytı qurub yaratdıq və həmişə də məsələlərə fərqli yanaşdıq, obyektiv fikir bildirdik. Şouya baş qoşmadıq. Düzdür, hərdən baxıram ki, oxucular şou xarakterli yazıları daha çox oxuyurlar. Biz bunu təbii qarşılayırıq. Lakin Avtosfer.az-da hər zaman samballı yazılar olub və belə də olacaq.
Günərzində onlarlaoxucusualverir, cavablandırırıq, başqa materiallarla məşğul oluruq. İnsanları maarifldəndirməkmaraqlı işdir. Həm də çox yorucudur. Ancaq biz yorulmuruq. Bizi yormağa çalışırlar. Bir müddət əvvəl sayta daha bir haker hücumu oldu, mənim fotomu biabırçı formada verib təhqirlər yazmışdılar. Təxmini bildim ki, bunu kim edib, nə məqsədlə edib. Həmin adamın üzünə ağzıma gələni dedim, susdu. Sadəcə, elə dedim ki, guya sayta hücum edəni nəzərdə tuturam, amma bunluq bir şey yoxdu. O da gözlərini döyə-döyə getdi. Əxlaqsızlığı heç kimə bağışlamaq fikrim yoxdur. Onlar elə bilir ki, bizim sayta hücum etdilər, bir neçə gün işimizə mane oldular, vəssalam. Amma elə deyil axı. Onlar etdikləri səhvləri, qanunları tapdalamağı aradan qaldırsınlar, sayta hücum etməklə nəsə qazanmayacaqlar.
- Saytla bağlı gələcək planlarınız hansılardır?
- Gələcək planlarımızdan biri budur ki, saytın dizaynını yeniləyək. Texniki cəhətdən mənə çox problem yaradırlar. Saytı yığıb hazırlayan adam deyir ki, serverlikdir, servere baxan adam da deyir ki, saytın özündə problem var. Düz bir ildir ki, bu problemi yaşayırıq. Ona görə də texniki məsələləri həll edib, oxucular üçün daha yaxşı dizayn hazırlamaq istəyirik. Burada həm qanunları, qaydaları rahatlıqla tapıb oxumaq asan olacaq, həm də bizimlə ünsiyyət rahatlaşacaq. Bir dənə də arzumuz var ki, imkanımız olsa, bir kamera alaq, sürücüləri narahat edən məsələləri, yollardakı problemləri çəkib, real formada izah edək ki, hər kəs başa düşə bilsin.
- Yolhərəkətisahəsində ilk ixtisaslaşmış saytı olan Avtosfer.az-a hansı reaksiyalar oldu ilk vaxtlarda?
- Çoxları inanmırdı ki, Avtosfer.az saytı ixtisaslışmış bir sayt kimi özünü doğrulda bilər. Amma biz səmimi və hər kəsin başa düşə biləcəyi qaydada yazılarla, materiallarla çıxış edib dostlar qazandıq. Əlbəttə, hamı bizdən razı qala bilməz. Məsələn, saytda bir neçə avtoxuliqanın videosunu yaymışıq, onları da polis həbs edib, sutkalıq həbs cəzası çəkiblər. İndi o adamlar yəqin ki, bizi çox istəmirlər. Yol polisləri arasında da qanunsuz hərəkətlərə yol verənlərin bir neçəsinin videosunu verdik, onları da cəzalandırdılar. Əsas məsələ odur ki, biz nahaqdan heç nə demirik, yazmırıq. Kimsə də qanunu pozub cəzalanırsa, bizi günahkar bilməsinlər. Yenə də deyirəm ki, biz yol polisinə düşmən deyilik, müxalifət deyilik. Əksinə, biz onların işinə dəstək oluruq, kömək edirik. Onlar isə bizə az dəstək verirlər. Mən yol polisinin hazırladığı sosial çarxları, animasiya filmlərini saytda yayıram. Hansı ki, yol polisi bu videoları 4-5 il əvvəl hazırlayıb və öz saytlarında da var. Amma nə televiziyalarda efirə verə bilirlər, nə də saytlarda yayırlar. Bizsə Avtosfer.az saytı olaraq onları yaydıq, camaat gördü, izlədi. Kimsə nəsə öyrəndisə, bu, bizim uğurumuzdur. Gəlin, o videolara yol polisinin saytında da girib baxaq, Avtosfer.az-da da. Görün, hansında daha çox baxılıb? Əlbəttə, Avtosfer.az-da daha çox baxılır. Bu videolar əhali üçün, sürücülər, piyadalar üçün hazırlanıbsa, bunu yaymaq, təkrar-təkrar göstərmək lazımdır. Yoxsa, o boyda vəsait xərcləyib animasiya çəkirlər, sosial çarx hazırlayırlar, heç kimin də xəbəri olmur. Bu məsələlərdə Avtosfer.az hər zaman yol polisinə dəstək olmağa hazırdır və olur da. Yetər ki, bizə müxalifət kimi yox, dost kimi baxsınlar. «Mərdi qova-qova namərd edirlər». Ağlımız başımızdadırsa, gəlin, elə mərd qalaq. Bizi birləşdirən dəyər o olmalıdır ki, təbliğat, maarifləndirmə işi güclənsin, hər gün, hər saat bu işlər həyata keçirlsin. Ayda bir dəfə çıxıb yol qəzaları ilə bağlı statistik rəqəmlər açıqlamaq maarifləndirmə işi deyil. Çalışıb, o rəqəmləri azaltmaq lazımdır. Bizdəvarqüvvəmizləbunaçalışırıq. Amma hələ ki, təkbaşına…
- Yolhərəkətisahəsində ilk ixtisaslaşmış saytı olan Avtosfer.az-a hansı reaksiyalar oldu ilk vaxtlarda?
- Çoxları inanmırdı ki, Avtosfer.az saytı ixtisaslışmış bir sayt kimi özünü doğrulda bilər. Amma biz səmimi və hər kəsin başa düşə biləcəyi qaydada yazılarla, materiallarla çıxış edib dostlar qazandıq. Əlbəttə, hamı bizdən razı qala bilməz. Məsələn, saytda bir neçə avtoxuliqanın videosunu yaymışıq, onları da polis həbs edib, sutkalıq həbs cəzası çəkiblər. İndi o adamlar yəqin ki, bizi çox istəmirlər. Yol polisləri arasında da qanunsuz hərəkətlərə yol verənlərin bir neçəsinin videosunu verdik, onları da cəzalandırdılar. Əsas məsələ odur ki, biz nahaqdan heç nə demirik, yazmırıq. Kimsə də qanunu pozub cəzalanırsa, bizi günahkar bilməsinlər. Yenə də deyirəm ki, biz yol polisinə düşmən deyilik, müxalifət deyilik. Əksinə, biz onların işinə dəstək oluruq, kömək edirik. Onlar isə bizə az dəstək verirlər. Mən yol polisinin hazırladığı sosial çarxları, animasiya filmlərini saytda yayıram. Hansı ki, yol polisi bu videoları 4-5 il əvvəl hazırlayıb və öz saytlarında da var. Amma nə televiziyalarda efirə verə bilirlər, nə də saytlarda yayırlar. Bizsə Avtosfer.az saytı olaraq onları yaydıq, camaat gördü, izlədi. Kimsə nəsə öyrəndisə, bu, bizim uğurumuzdur. Gəlin, o videolara yol polisinin saytında da girib baxaq, Avtosfer.az-da da. Görün, hansında daha çox baxılıb? Əlbəttə, Avtosfer.az-da daha çox baxılır. Bu videolar əhali üçün, sürücülər, piyadalar üçün hazırlanıbsa, bunu yaymaq, təkrar-təkrar göstərmək lazımdır. Yoxsa, o boyda vəsait xərcləyib animasiya çəkirlər, sosial çarx hazırlayırlar, heç kimin də xəbəri olmur. Bu məsələlərdə Avtosfer.az hər zaman yol polisinə dəstək olmağa hazırdır və olur da. Yetər ki, bizə müxalifət kimi yox, dost kimi baxsınlar. «Mərdi qova-qova namərd edirlər». Ağlımız başımızdadırsa, gəlin, elə mərd qalaq. Bizi birləşdirən dəyər o olmalıdır ki, təbliğat, maarifləndirmə işi güclənsin, hər gün, hər saat bu işlər həyata keçirlsin. Ayda bir dəfə çıxıb yol qəzaları ilə bağlı statistik rəqəmlər açıqlamaq maarifləndirmə işi deyil. Çalışıb, o rəqəmləri azaltmaq lazımdır. Bizdəvarqüvvəmizləbunaçalışırıq. Amma hələ ki, təkbaşına…
TRAMP BÖLGƏYƏ ƏLAVƏ HƏRBİ GÜC GÖNDƏRİR: "İran ya bizimlə razılığa gələcək, ya da..."
Türkiyənin bir bölgəsində məktəblər bağlandı - Qara görə
Türkiyədə bələdiyyə sədrinə qarşı ittiham - 44 il həbs gözləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aşıq Telli Borçalıya ağır itki üz verib
İzmirdə FETÖ-ya qarşı növbəti əməliyyat: 12 nəfər saxlanılıb
Makrondan Epşteynlə bağlı suala belə cavab verdi: "Məhkəmə sistemi öz işini görməlidir"
BMT Baş katibi ilə Hakan Fidan telefonda müzakirə aparıb
Türkiyə hərbçiləri NATO-nun nəhəng təliminə qatılacaq
"Patron"dan zəhərlənmə şikayətinə maraqlı reaksiya: "Məhsulun içindən xırda daş, başqa şeylər çıxa bilər"
Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçi təyinatı oldu
Deputatın şirkəti il başlar-başlamaz 10,7 milyonluq sifariş alıb – “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasını oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacı"sı vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDR SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu