Yəməndə gərgin döyüşlər gedir (VİDEO)

img

12-04-2015 [21:51]


Yəməndə vəziyyət hər gün bir qədər də pisləşir. Səudiyyə Ərəbistanının aviazərbələr endirdiyi bu bölgədə husilərdə cavabsız qalmır. Rəsmi Tehran Husilərə dəstək olmaqda ittiham olunsa da, İran bu fikirlə razılaşmır. Amma İran qonşu dövlətləri Yəmənə aviazərbə endirməkdən çəkinməyə də çağırır.

ANS TV-nin məlumatına görə, Ədən şəhərində hökumət qüvvələrilə Husi üsyançları arasında yenidən qarşıdurmalar baş verib. Qarşıdurmalar nəticəsində hər iki tərəfin itkiləri olub. Paytaxt Sənanı üsyançılar zəbt etdikdən sonra rəhbərlik müvəqqəti olaraq ölkəni məhz Ədən şəhərindən idarə edir.

Səudiyyə Ərəbistanının rəhbərliyi altında yaradılan koalisiya qüvvələri Husilərə qarşı keçirilən əməliyyatlara havadan dəstək olur. Koalisiya qırıcıları ötən gün ölkənin cənubunda Husilərin mövqelərini bombalayıb. Aviazərbələr, eyni zamanda mülki yaşayış məntəqələrinə tuş gəlib.

Məlumata görə, Ədən şəhərində hökumət qüvvələri Husilərə hərbi təlimlər keçən iki iranlı dövlət rəsmisini saxlayıb.

Beynəlxalq ictimaiyyət Yəməndə Husilərin məhz İran tərəfindən silahlandırıldığını iddia etsə də, rəsmi Tehran bu ölkədə baş verən hadisələrə qarışmadığını açıqlayıb. Lakin Tehran hökuməti Husilərə qarşı keçirilən aviazərbələrə son qoymağı tələb edib.

Bu arada Qırmızı Xaç Cəmiyyəti paytaxt Sənaya ikinci humanitar yardım gətirib. Təyyarə ilə gətirilən humanitar yardımda əsasən, tibbi ləvazimatlar yer alır. Rəsmilər yardım sayəsində azı 3 min insana tibbi xidmət göstərə biləcəklərini deyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA