07-04-2015 [16:33]
Hafiz Mirzə, www.hafizmirza.com
Televizor həyat və məişətimizin tərkib hissəsidir, amma onun əsası deyil. Onsuz cəmiyyətə operativ inteqrasiya çox çətin olsa da, ona aludə olmaq əsla mə-dəniyyət və ya rahatlıq sayılmaz. Teleman olan şəxsin öz müstəqil fikri, düşüncəsi formalaşmır, o, efirin zombisinə çevrilir və gerçək, real həyatdan uzaq düşür. Alu-dəçilik tamaşaçıda həm də tənbəl həyat tərzini formalaşdırır, onun ictimai və sosial aktivliyini aşağı salır.
Xatırladaq ki, oturaq həyat tərzi həm də daxili orqanlarda onlarca əzvay xəstəlik yaradır. Bizdə telemaniya xəstəliyinə tutulanların böyük əksəriyyəti evdar qadınlar və təqaüdçü qocalardır. Bu, yəqin ki, bizdə onların icti-mai həyatda passiv mövqeyi ilə bağlıdır.
Məşhur "Diskovery” kanalına həvəs gös-tərənləri bəlkə də anlamaq olar; orada təbiət, tarix, elm və texnika barəsində mü-kəmməl süjetlər, tele-materiallar təqdim olunur. Amma bizim sıravi telemanların baxdığı verlişlərin böyük əksəriyyəti seriallar və əyləncə xarakterli ucuz şoulardır. Ucuz şouya hesablanmış cılız müzakirələrdən qadınların faydalı nəsə əxz edəcəyini dəqiq bilməkdən ötrü heç də Nəsrəddin Tusi olmaqlığa ehtiyac yoxdur; nəticə 2+2-nin həlli qədər sadədir. Televiziyanı narkotiklər sinifinə aid etmək də doğru ol-mazdı. Onun oynaya biləcəyi mühüm ictimai-siyasi, milli-mənəvi, mədəni və sağ-lamlıq xarakterli rolunu digər heç nə bu qədər geniş təqdim edə bilməz. Təəssüf ki, sosial və mənəvi sahədə bizim telekanallar maarifçilik funksiyasını uğurla icra edə bilmir.
Özünün əhəmiyyətlilik və
faydalılıq əmsalına görə yeganə AzTV-ni qeyd edə bilərik. AzTV-nin hər bir
verlişində redaktor səviyyəsi özünü açıq biruzə verir. Digər
tele-kanallarımızın isə sanki verlişləri redaktorsuz hazırlanır. Onların hər
birnin bir neçə uğurlu verlişi varsa da, qalan əksər verlişlər yalnız
aparıcının özünüreklamına, əyləncəyə, ucuz yumora, tamaşaçını diksindirməyə,
qorxutmağa, sponsorlardan pul çəkməyə və müğənniləri cəmiyyətin fövqünə
qaldırmağa hesab-lanıb. Bu xüsusiyyət böyük çoxluq olan aşağı və orta səviyyəli
tamaşaçının diq-qətini daha çox cəlb etdiyi üçün baxış reytinqi də üstün faiz
əks etdirir. Lakin yüksək reytinqli əksər şoular cəmiyyət üçün faydalılıq
prinsipinə görə yox, fəsadlarına görə yüksək faiz əldə edir. ”Ay Zaur”,
"Gündəlik”, "Öz aramızda”, "Adam içində”, "Səni axtarıram”, "Xalqın artısti”,
nə bilim "İncə maraqlar”, "Ba-zar səhəri Rövşanə ilə”, "Salam, Azərbaycan”,
"5-də 5” və bu kimi onlarca popul-yar verlişin bir azacıq müsbət məziyyətlərinə
rəğmən hamısı birlikdə nəinki Türki-yənin, eləcə də Rusiyanın "Pervıy”,
"Rossiya 1”, "NTV-Rusiya”, "TNT” və ya "Rossiya 24” televiziyzlarının bir
verlişinin yarısı qədər milli-mənəvi, sosial, intellektual, maarifçilik
əhəmiyyəti kəsb etmir. Bu səbəbdən də intellektual tama-şaçı daha çox Rusiya
tele-kanallarını seyr etməyə üstünlük verir. Zatən rus tele-kanalları,
bizimkilərindən daha abırlıdır və onlarda bizdəki qədər mağazin verlişlər
yoxdur. Guya ki, aralarında özünün humanizm örtüyü ilə fərqlənən "Öz
aramız-da”, "Adam içində”, "Səni axtarıram” adlı verlişlərin faydalı tərəfləri
barədə çox yazılıb və bunu danmaq olmaz. Ancaq sətiraltı fəsadları da nəzərdən
qaçmamalıdır. Bir vaxtlar izdivac-toy verlişləri tənqid olunanda bəzi adamlar
bunu qəbul etmək
istəmirdi, amma indi o verlişləri xatırlayıb gülənlər daha çoxdur. Bu cür xeyriyyə verlişləri də milli-mentalitetimizə müvafiq deyil. Desək ki, bu verlişlərdə həm də bir millət olaraq, xalq olaraq alçalırıq, kiçildilirik, başqalarının nəzərində boyumu-za gülünc obraz biçilir – yanılmarıq. Özünün ailəcanlığı, ailə təməlçiliyinə sədaqəti və soy kökünə etibarı ilə seçilən xalqımızın bəzi erkək nümayəndələrinin əski so-vetlər dönəmində ayağısürüşkən "sarıqulqaların” hiyləsinə uymasını, bunun nişa-nəsinin qalmasını indi üzə çıxardıb, bic-vələdəzünalar üçün ata tapması və ya ailə-sini atıb, Rusiya çöllərinə ucuz əyləncə və xoş gün axtarmaq üçün gedib-qayıtma-yan bəzi yelbeyin kəndçilərimizin bütün dünyanın gözü qarşısında ittiham edilməsi bizə nə qədər başucalığı gətirir? Guya bu cür hallar başqa millətlərdə yoxdur? Ək-sinə, onlarda pozitiv tərəflər həddən artıq azdır və bunu kimsə də danmır. Amma onlar bunu efirə çıxardırlarmı? "Səni axtarıram” verlişinin aparıcısı Xoşqədəm Hi-dayətqızının yeniyetməlik dövrünə təsadüf edən uzaq 90-cı illərdə "Vətən” cə-miyyəti Elçin Əfəndiyevin sədrliyi ilə doğmaların tapılması sahəsində daha böyük işlər görür, amma bundan şou yapmırdı. "Öz aramızda” verlişi isə Zaur Baxşəliye-vin fərasəti hesabına nə qədər çox sponsor və tamaşaçı toplasa da, burada şou öndədir. Görəsən digər ölkələrdə də başqalarının dərdi, problemi, fiziki qusurları üzərində şou yapırlırmı?
Etiraf edək ki, savab baxımından bu verlişin müsbət tərəfləri az deyil, amma insanlarda ələbaxımlıq formalaşdırdığını da qeyd etməli-yik. Son vaxtlar şəhərdə yanına öz övladı kimi təqdim etdiyi yeniyetmə salıb, in-sanlara onun fiziki qüsurlarını nümayiş etdirməklə guya ki, müalicə məqsədi üçün ianə toplamağa qurşanmış yeni növ dilənçilərlə qarşılaşırıq. Əsas şirnikləndirici fikirləri guya ki, bu verlişin növbəsinə durduqları və indiyədək onlara yardım etmiş şəxslərin adını guya orada səsləndirəcəkləri ilə bağlı olur. Hətta iş yerlərinə də so-xulur, yardım etməyənlərin "Öz aramızda” verlişində adlarını guya ki, pisliyə çə-kəcəkləri ilə şantaj etmək istəyirlər. Başqa ölkənin tele-kanallarında insanların fiziki qüsurlarını qabardaraq fərdlər üçün ianə kompaniyası aparmaqlıq heç təsadüf edilən hal deyil. Başqa ölkələrdə bu kimi vəziyyətlə birbaşa dövlət və ya konkret nazirliklər məşğul olur. Oralarda problemin məhz qlobal həlli naminə kompaniyalar aparılır, ianə toplanır. Elgiz Əkbərin sayəsində "Adam içində” verlişinin də müsbət məziyyətləri az deyil. Amma burada hansısa bir ailə probleminin uğurla çözüldüyünə inanmaq sadəlövhlük olardı. Ailə hər kəsin ən həsas yeridir. Ailə söz-söhbətlərini efirə- milyonların qarşısına çıxardan adamlar nə qədər səviyyəli və ləyaqətli sayıla bilər? İllərin müzakirəsində, bütün nəslin, yaxınların, əzizlərin iştirakı ilə çözülməyən problemin hansısa bir tele-verilişdə 15-20 dəqiqə ərzində uğur-la çözüləcəyini iddia etmək yalnız istehza doğura bilər. Bir vaxtlar adamlar üçün efirdə evlənməyə qadın-kişi axtarışında olan aparıcıların indi də ailə problemlərinə baş vurması çox gülüncdür. Müzakirəyə çıxarılan mövzular və dəvət olunan şəxslər çox hallarda qeyri-ciddiliyi ilə seçilir. MRTŞ ötən il bu və bu kimi verlişlər ba-rədə sərt mövqe sərgiləmişdi. Amma faydasız qaldı.
Onu da qeyd edək ki, bizim TV-lərin 80% müzakirələrində psixoloq Elmir Əkbər, aktrisa Mehriban Xanlarova, hüquqşünas Şəfiqə Nağıyeva, din xadimi Hacı Şahin, həkim Rəşid Mahmudov, ak-tyor Şeyx Əbdül və daha bir neçə nəfər daima ekspert kimi iştirak edir. Bu sima-lardan və onların bəsit fikirlərindən insanlar artıq bezməyiblərmi?
Gör, indi dünya ölkələrində oturub bizə baxan soydaşlarımız nələr çəkir! Dərd edirlər ki, görən millətimizdə daha publisist, yazıçı, filosof, sosioloq, psixoloq və din xadimi yox-dur ki, ya TV-lərdə yalnız elə bu adamlardır? "Ekspertlər” necə mahir mütəxəs-sisdir ki, daim TV-lərdədirlər? Bəs onların başqa iş -gücü yoxdurmu?! Özləri də bezmirlərmi bundan? Bəs onlar nə vaxt dərs deyir, xəstə müalicə edir, hüquq qoru-yur, rol oynayır, konsert verirlər?
Zatən orta statistik azərbaycanlıdan çox da fərqli fikir bildirmirlər. Bu "ekspertlərin” ictimai şüura yeni çalar qatmadıqları bir yana, onlar həm də çaşdırıcı rol oynayır və ictimai zövqü korlayırlar.Gor millətin musiqi zovqu nə gunə qalıb ki, Zaur Kamal ozunun əttökən "5-də 5" verlişində bir dəfə hər 5 dəqiqədən bir indicə Uzeyir Mehtizadənin verlişə gələcəyini fərəhlə, fəxrlə və xüsusi canfəşanlıqla anons edirdi. Alim Qasımovu belə təqdim edərdimi?
Son vaxtlar bəzi aparıcı qadınların feminist mövqeyi
də diqqəti cəlb edir. "Sa-lam, Azərbaycan” verlişinin aparıcısı Aytən Səfərovanın
və "Bazar səhəri Rövşanə ilə” verlişinin aparıcısı Rövşanə Ağasəfqızının dəvət
etdiyi qonaqların böyük əksəriyyəti qadınlar, hədəf isə çox hallarda kişilər
olur. Bu aparıcıların özündən ra-zı, təkəbbürlü görkəmi, dəvət olunan
şəxslərdən daha çox danışması zəhlə tökür. "İncə maraqlar” adlanan verlişin
aparıcısı Gülnarə Təhməzova isə nisbətən açıq geyimi və müzakirəsi digər
kanallarda getmiş mövzuları çeynə-tüpür etməsilə se-çilir. Özəl kanallarda
mövzu qıtlığı 10 ildir aktuallığını itirmir. Sanki bu xalqı toy və yasdan qeyri
heç nə düşündürmür. Çox bəsit və təsirsiz müzakirələrin nəticə-sidir ki, bu
mövzuların konkret nəticəsi və cavabı yoxdur. Olmayacaq da!
Onsuz da insan həyatı gözlənilməz vahimələr, xof və streslərlə doludur, bəzi TV-lərin də əlavə stres mənbəyi kimi formalaşmasına nə lüzum var və bu hal insa-nımız adına mənəvi fəlakət mənbəyi deyilmi?
Xəbərə sensassiya, dəhşət və qorxu xarakteri geyindirmək onu təhrif etməyə bərabərdir. Bəzi aparıcılar müxtəlif tok-şoularda tez-tez "İndi siz dəhşətə gələcəksiniz!"..."İndi şok olay baş verəcək!" , "Bu dəhşətdir!" kimi ifadələr işlədirlər. İnsanlara mənfi emosiya yaşatmaq, onu qorxutmaq, təsirləndirmək, həyəcanlandırmaq, dəhşətə gətirmək heç doğru missiya deyil. Nə TV, nə qəzet, nə jurnal insanlarda mənfi emosiya yaratmağa çalışmama-lıdır. Tamaşaçının xəstəsi var, uşağı var,...
Tamaşaçı zövqünün korlanması böyük əksəriyyətin faydalı verlişlər barəədə obyektiv düşünməsinə imkan vermir. AzTV-nin aparıcıları digər kanallardakı əksər həmkarlarından həm də Azərbaycan dilində tam dürüst və milli ahəngdə danışmaları ilə fərqlənirlər. Özəl tele-kanallarımızın əksəriyyətində isə aparıcılar çox ciddi leksik və ahəng pozğuntularına yol verirlər. Bu aparıcılar guya azərbaycanca danışsalar da, cümlələri kasıb, təkrar sözlərdən və vergüllərdən ibarətdir. Sonluqda nöqtə əvəzinə vergül ahəngi dilimizə ingilis di-linin vurğu və ifadə tərzindən gəlmədir.
"Xəzər” TV-nin "Hər şey daxil” səhər pro-qramının aparıcı olan ekiz Sevil və Sevinc bacıları nəinki çeynə-tüpür danışır, ümumiyyətlə, öz hərəkəti, davranışı, oturuşu ilə sanki heç də özünü çoxmilyonlu soydaşımız, ağsaqqal, ağbirçək qarşısında hiss etmir və məhəllədə, tin uşaqlarının tərzində danışır, gülür, hırıldayır, özünü şıltaq qızcığaz kimi aparmağa çalışır. Bir çox hallarda işlətdikləri savadsız fikirlərin üstünə getmək istəmirəm, bu barədə çox yazılıb. Lakin onların Naxçıvanı tanımamaları, onun Balakəndə yerləşdiyini ifadə etmələri ayrıca lətifə olaraq dillərdə çox dolaşacaq. Hərdən nəsə mahnıya oxşayan bir şey də ifa edirlər. Ancaq bu "mahnı” daha çox qaraçı taborunda əri ölmüş qadınların zarımasına oxşayır. Yeri düşmüşkən, bu bacılar bir dəfə "zarıyarkən” milli manatımızı cırmaqdan da çəkinmədilər. Halbuki, bu TV-nin "Həyata baxış” adlı qüsursuz verlişi və Ramal Hüseynov adlı çox mükəmməl aparıcısı vardı. ATV-nin "Gündəlik” verlişinin aparıcısı Mətanət Əliverdiyeva da efirdən mənfi enerji saç-maqdadır. Guya süni çığır-bağırla effekt qazanmaq olurmuş.Bu xanım TV ekranına məhz kadr arxasından vahimə, dəhşət və əsəb dolu səsi ilə qədəm qoydu. O indi efirin ən baxımlı saatında "at çapıb qılınc oynadır”.
Mətanət xanımın duruş pozası, manera, jest və sifət mimikaları yaşına yaraşmır və çox hallarda gülüş doğurur. "Parni iz Baku” və "Bu məhəllə” teatrı üçün ölkənin özəl tele-kanalları hər verli-şində mövzu verməkdədir. Buna görə də onların hər konsertində TV aparıcıların parodiyası xüsusi yer tutur. Bir dəfə Mətanətin verlişində nə görsək pisdir? Röya adlı bir müğənniçə! Adamın bacaqları sonacan çılpaq idi. Buna görə o otura bilmir, "Mətanət bacı" onun tamam bayırda qalmasının qarşısını almağa çalışırdı. Bu qə-dər harınlıq, etinasızlıq, qudurğanlıq, özünü buraxmaq haradan qaynaqlanır? MTRŞ görmürmü? AzTV heç bir müğənnini belə görkəmdə efirə buraxmazdı. Məncə bəzi tele-kanalların verlişləri eynən orda çalışanların bəzilərinin intellekt və əxlaq səviyyəsinin göstəricisidir.
Televiziyaların
ucuz əyləncələrinin sayəsində Azərbaycan tamaşaçısında yüksək intellekt,
ciddiyət, parlaq mənəvi sima və vətənpərvərlik formalaşa bilməz. Bu
formalaşmırsa, deməli, əksi formalaşır. Milli televiziya millətin eyibindən
daha çox uğurlarını əks etdirməli, vətəndaşda qürur, ictimai təəssübkeşlik və
optimizm formalaşdırmalıdır. Özəl telekanalların hər hansı biri əlini ürəyinin
üstünə qoyub, buna nail olduğuna and içə bilərmi?
Zelenski NATO Baş katibi ilə bir arada: "Rusiya yeni hücuma hazırlaşır" - Ukrayna Alyansa üzv olmaq istəyir
Mehriban Əliyeva: "Əməyinə və iradənə görə çox sağ ol!"
Ukrayna Azərbaycana yeni səfir göndərib (Yenilənib)
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonası minalardan təmizlənir
Sabiq rəis generalı ittiham edir, “Azərsun Holdinq”in adını çəkir: "800 min manatı generala verdim" - General və keçmiş idarə rəislərinin məhkəmə prosesi
Bakıda beynəlxalq oyun festivalı və konfrans keçiriləcək
Dövlət Su Ehtiyatları Agentliyi haqda yeni qərar imzalanıb
"Nar" hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Partiya sədrindən Nizamidəki özbaşınalığa etiraz: "İcra Hakimiyyəti kimlərə xidmət edir?" - VİDEO
İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
Ülviyyə Fətəliyeva Avropa çempionu olub
Sosial və Aqrar-Texnoloji Kollecinin gözətçisi qandallanıb
Şotlandiyanın ilk müsəlman baş naziri istefa verib - Açıqlama
Rusiya MN: "Ukraynada daha bir qəsəbəni nəzarətə götürdük"
"90 faiz insan bir addım o tərəfə aralanan kimi dalınca danışır" - "Heç onlar bilmirlər ki, it kimi öləcəklər, yoxsa nə kimi"
Hərbçimiz minaya düşüb - Qazaxda (Yenilənib)
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - Nələr müzakirə olunub? (FOTOLAR)
İMTAHANLARIN VAXTI DƏYİŞDİ - DİM-dən açqılama
Ceyhun Bayramov Qətərə işgüzar səfərə gedib
Yatağına sığmayan Kükü çayı - VİDEO
Ekspertdən deputata irad: "Ya milli təəssübkeşliyi yoxdur, ya da..."
Prezident İlham Əliyev Çin Xalq Assosiasiyasının sədri ilə görüşdə: "....səylərimizi əsirgəmirik" - FOTOLAR
PREZİDENT İKİ NƏFƏRİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ: Rəşad Nəbiyevin yeni müavinləri kimdir? - FOTOLAR
Nəsimi rayonunda aprel ayında səyyar qəbullar keçirilib - FOTOLAR
"Youtuber" 25 metr hündürlükdən yerə çırpılıb - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Mayın 5-də imtahanı keçiriləcək
PREZİDENT İCRA BAŞÇISINI VƏZİFƏDƏN AZAD ETDİ - Nazir əvəzi icra başçısı təyin olunub (FOTO)
Sabiq deputat hakim qarşısına çıxarıldı: "Siyasi fəaliyyətimə görə həbs edilməmişəm" - VİDEO, FOTO (Yenilənib)
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Baş prokuror 5 rayonun sakinlərini qəbul edəcək
Xarici ticarət dövriyyəsi niyə azalır? - Vüqar Bayramov yazır
"Real Madrid"in türk ulduzu: "Mənə burada "abi" deyirlər"
Mətbuat katibi kobud səhv edən deputatları "topa tutdu, onlara "savadsız" dedi - Biri Başkəndin harada olduğunu bilmir, digəri isə...
Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət oğurlanlb
Bakıda qətl: 70 yaşlı kişi 45 yaşlı şəxsi öldürdü
Baş məşqçidən qəzəbli açıqlama: "Feriştahı gəlsə, görüşə bilməz"
"Qəssam tuqayları" İsrail hərbçilərini öz silahı ilə vurub - F16-ların bombası partlamayıb?
"Fənərbağça"nın oyunçusu 6 həftə futbol oynaya bilməyəcək
Türkiyədə daha bir zəlzələ olub - 4.2 bal gücündə
Deputat işıqların tez-tez kəsilməsinə etiraz etdi: "Bir nəfərə görə bütöv kənd cəzalandırıla bilməz"
Daha bir ölkədə qızılca epidemiyası: 19 uşaq ölüb