Türkiyəyə qarşı yeni qorxulu plan açıqlandı

img

02-04-2015 [22:56]


Türkiyənin "Vətən" qəzetində yer alan xəbərə görə, terrorçular 3 mərhələli sui-qəsdlər hazırlayıb.

Plana görə, yaxın günlərdə 3 terror hücumu həyata keçirilməsi planlaşdırılır. Birinci hücumda son hadisələr zamanı öldürülən terrorçuların qisasını almaq üçün polis bölmələri hədəfə alınıb. İkinci hücumda isə stratejik məkanlar partladılacaq. Nəhayət, sonuncu hücumda isə siyasətçilərə və ölkənin tanınmış insanlarına qarşı sui-qəsdlər həyata keçiriləcək.

İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) də açıqlama vermişdi ki, hücumlarımız zamanı polis müdaxilə edərsə, silsilə terror aktları törədiləcək.

Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri Çırağan ədliyyə binasına girərək prokuror Səlim Kirazı iş otağında girov götürmüş və öldürmüşdü. Ötən gün isə qadın terrorçu polis bölməsinə hücum etmişdi. Həri iki hücumda terrorçular məhv edilib(Anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA