Rus konsulluğu ələ keçirildi (VİDEO)

img

02-04-2015 [22:50]


Yəmənin Ədən şəhərində husi qiyamçıları Rusiyanın baş konsulluğunun binasını öz qərargahlarına çeviriblər.

Bunu "xalqlar komitəsi"nin nümayəndəsi Əhməd əl-Maysari deyib.

"Husilər Rusiya konsulluğuna soxulub və oranı operativ mərkəz və baza kimi istifadə ediblər", - deyə o bildirib. Konsulluq fəaliyyətini dayandırıb. Bütün əməkdaşları isə Cibutiyə göndərilib.

Qeyd edək ki, bir müddət əvvəl Ədən xəbər portalı da bu haqda məlumat yaymışdı. Bildirilirdi ki, cümə axşamı günü husilər Rusiya Federasiyasının konsulluğunun yerləşdiyi binaya daxil olaraq oranı qarət ediblər. Rusiya konsulluğundan verilən məlumatda isə konsulluğun bombardman zamanı zərər gördüyü deyilmişdi(Anspress).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA