İran təyyarələri Yəmən səmasına buraxılmadı

img

29-03-2015 [20:02]


Yəmən hökuməti qiyamçı husilərin silahla təchiz edilməsi şübhəsinə görə İrandan gələn təyyarələrə uçuş yolunu bağlayıb.

Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, ölkənin xarici işlər naziri Riyad Yasin Ərəb Liqası Dövlətləri sammitinin keçirildiyi Şarm-əl-Şeyxdə jurnalistlərə deyib:"Koalisiyanın həyata keçirdiyi hərbi əməliyyat çərçivəsində İrandan gələn hava marşrutları bağlanıb”.

O, qeyd edib ki, "Hər gün, ən azı, iki təyyarə qiyamçılara silah gətirir”.

Son zamanlar Yəməndə durum xeyli pisləşib. Bu arada Səudiyyə kralı Salman ibn-Əbdüləziz əl-Səud bildirib ki, ölkədə durum yaxşılaşana qədər hərbi müdaxilə davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA