"Səudiyyələrin son görəcəyi torpaq Yəmən olacaq" - Sərt hədə

img

28-03-2015 [12:57]


Yəməndə silahlı üsyana başlamış husilər partiyasının idarə heyətinin üzvü Dayfallah Əl Şami Yəmənə silahlı qoşun yeritmək istəyən Səudiyyə Ərəbistanını sərt hədələyib. 

Əl Şami deyib ki, "Səudiyyə Ərəbistanı quru əməliyyatlarına qərar verərsə, Yəmən onların gedəcəyi son torpaq olacaq: Birləşmiş ərəb silahlı qüvvələrinin yaradılması qərarı haqları çığnanan ərəb xalqlarının maraqların heç cür qorumur. İsrail ordusunun bombaladığı Qəzzaya baxın. Hardadır ərəb ordusu? Hardadır qoşunları? Heç bir ərəb ordusu Fələstin xalqını xilas etmək istəmir".

Qeyd edək ki, Yəmən əhalisinin yarıdan çoxunu təşkil edən şiələrin maraqlarını müdafiə edən husi hərəkatı 2014-cü ilin avqustundan hökumət əleyhinə çıxışlara başlayıb. Bir aydan sonra onlarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. 

Yəməndə hazırda siyasi böhran hökm sürür. Ölkənin cənubunda "Əl-Qaida" hökm sürür, mərkəzdə isə prezident qüvvələri ilə husilər arasında döyüşlər gedir.

Anspress.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA