Abdullah Gülə vəzifə verildi

img

20-03-2015 [11:01]


Aktiv siyasətlə məşğul olmamağa qərar verən Türkiyənin 11-ci prezidenti Abdullah Gülə vəzifə verildi. ANS PRESS-in məlumatına görə, Abdullah Gül "İslam Əməkdaşlıq Təşkilatı” tərəfindən yaradılan "İslam İnkişaf Bankı” idarə heyətinin məsləhət şurasında fəliyyət göstərəcək.

Mərkəzi Səudiyyə Ərəbistanının paytaxtı Ciddədə olan İİB-nin Türkiyə də daxil olmaqla 56 üzvü var.

Bankın məqsədi üzv olan ölkələrin iqtisadi inkişafına və üzv olmayan ölkələrdəki müsəlman icmalarına dəstək verməkdir. Ciddədə keçirilən ilk iclasda çıxış edən bank sədri Əhməd Əli məsləhət şurasının öz öhdəliklərini yerinə yetirməkdə banka yardımçı olduğunu bildirib.

1974-cü ildə İstanbul universiteti iqtisadiyyat fakultəsindən məzun olan Abdullah Gül 8 il (1983-1991) İİB-də iqtisadiyyat mütəxəssisi kimi fəaliyyət göstərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA