Prezidentin vəzifə verdiyi Taleh Ziyadov kimdir? - ARAYIŞ

img

19-03-2015 [09:25]


Azərbaycan Prezidenti İlham Əliyev "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə yeni yaradılan quruma Taleh Məhəmməd oğlu Ziyadov baş direktor təyin edilib.

Taleh Ziyadov kimdir?

Mia.az xəbər verir ki, AzVision.az mövzunun aktuallığını nəzərə alaraq yenidən T.Ziyadovun tərcümeyi-halını oxuculara təqdim edir:

Taleh Ziyadov Azərbaycan Diplomatik Akademiyasının elmi işçisidir və professorudur. O, ABŞ-da, Vaşinqton dairəsində yerləşən Corctaun Universitetinin Diplomatim Xidmət məktəbində magistr təhsili alıb. Hazırda isə Kembric Universiteti (Böyük Britaniya) doktorluq dərəcəsi üzrə təhsil alır.

O bir sıra elmi araşdırmaların müəllifidir. Araşdırmalar əsasən Xəzər regionu və zəngin təbii sərvətlərə malik ölkələrdə nəqliyyat, logistika və energetika məsələlərini əhatə edir.

Onun "Analysis of Current Events”, "Central Asia-Caucasus Institute Analyst”, "Eurasia Daily Monitor”, "Turkish Policy Quarterly”, "International Negotiation Journal”, və "the Moscow Times” kimi nüfuzlu qəzet və jurnallarda araşdırmaları dərc olunub. O, Johns Hopkins Universiteti tərəfindən 2007-ci ildə dərc edilən Yeni İpək yolu: Böyük Mərkəzi Asiyada Nəqliyyat və Ticarət kitabında Azərbaycanın Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rolu barədə fəsli yazıb.

T.Ziyadov daha əvvəl , ABŞ-da Kolumbiya dairəsində Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktorunun müavini vəzifəsində və ADA-da akademiki məsələlər üzrə dekanın köməkçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, T.Ziyadov bugünkü təyinatadək Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktor vəzifəsində çalışıb.







Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib