Putinin “yoxa çıxması” haqda daha bir iddia

img

16-03-2015 [10:29]


Avstriyanın "Kurier” nəşri Rusiya prezidentinin "yoxa çıxması”nın səbəbini öyrənib. Nəşr öz mənbələrinə istinadən yazıb ki, guya Putinin belində güclü ağrılar var və onun üçün Moskvaya Avstriyadan həkim çağırılıb.

Az öncə "Dojd” telekanalı Rusiya prezidentinin qripə yoluxduğu, bu üzdən neçə gündür ictimaiyyət arasına çıxmadığı barədə məlumat yayıb. Putinin mətbuat katibi Dmitri Peskov xəbəri şərh eləməkdən imtina edib. 

Mətbuat katibi həmçinin, prezidentin harada olmasına da şərh verməyib. 

Xatırladaq ki, martın 16-a Putinin Qırğızıstan prezidenti Aımazbek Atambayevlə Sankt –Peterburqda görüşü planlaşdırılıb (musavat.com). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA