Şok: Canlı yayımda uşaqları zorlayıblar - Polis hərəkətə keçdi

img

12-03-2015 [11:37]


Danimarka polisi ölkənin müxtəlif yerlərində keçirdiyi əməliyyatla pul qarşılığında birbaşa yayımda uşaqlara təcavüz etdirən 10 nəfəri həbs edib. 

ANS PRESS-in məlumatına görə, Danimarka polisinə Filippində birbaşa yayımda uşaqları zorlatmaq üçün pul ödəyən və buna öz evindəki kompüterdə tamaşa edən danimarkalılar olması barədə xəbər daxil olub. 

Məlumat əsasında araşdırmalara başlayan polis müxtəlif evlərə eyni vaxtda keçirdiyi əməliyyatla 10 nəfəri saxlayıb. Saxlanılanlardan bəziləri artıq məhkəməyə göndərilib. 

Kibercinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşı komissar Flemminq Kjerside əməliyyat zamanı çox sayda kompüteri müsadirə etdiklərini bildirib. Komissar həmçinin bu cür cinayətlərin cəzasız qalmayacağını vurğulayıb. 

"Ekranın arxasında gizlənərək xilas ola biləcəklərini düşünənlər səhv edirlər”. 

Komissar bu istiqamətdə əməliyyatların davam edəcəyini bildirib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA