Hökümət gizli iclas keçirdi

img

11-03-2015 [22:06]


Türkiyə höküməti kürd probleminin həlli ilə bağlı qapalı toplantı keçirib.

ANS PRESS-in məlumatına görə, baş nazir Əhməd Davudoğlunun başçılığı altında təşkil olunan toplantı başa çatsa da bu barədə ətraflı məlumat verilməyib. 

Baş nazirliyin binasında keçirilən toplantı 3 saat davam edib.

Toplantıda baş nazirin müavinləri Bülent Arınç, Əli Babacan, Yalçın Akdoğan və Numan Kurtulmuş, ədliyyə naziri Kenan İpək, xarici işlər naziri Mevlüt Çavuşoğlu, daxili işlər naziri Sebahattin Öztürk, müdafiə naziri İsmət Yılmaz, AKP-nin parlament qrupunun rəhbəri Mahir Ünal, baş nazirin müşaviri Kamal Madenoğlu, MİT rəhbəri Fidan və s. hökümət üzvləri qatılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA