Putinin səhhətində problem yaranıb?

img

11-03-2015 [18:52]


Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı yayılan məlumatlar təkzib olunub.

ANS PRESS-in məlumatına görə, Putinin mətbuat katibi Dmitri Peskov verdiyi açıqlamasında prezidentin səhhətinin yaxşı olduğunu deyib: 

"Bu yayılan məlumatlar əsassızdır. Prezidentin səhhəti olduqca yaxşıdır.

Dmitri Peskov bir müddət əvvəl verdiyi açıqlamasında bu həftə Rusiya, Qazaxıstan və Belarus prezidentlərinin planlaşdırılan görüşü təxirə salındığnı bildirmişdi. Bu açıqlama Putinin səhhəti ilə bağlı məlumatların yayılmasına səbəb olmuşdu. Məşhur "Reuters" agentliyi Qazaxıstanın anonim məmuruna istinadən Putinin xəstələndiyini xəbər vermişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA