Merkeldən Rusiyaya qarşı yeni çağırış - Sanksiya

img

09-03-2015 [12:04]


Almaniya kansleri Angela Merkel Yaponiyaya səfəri çərçivəsində Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaları uzatmağa çağırıb.

APA-nın RİA "Novosti”yi istinadən verdiyi xəbərə görə, bununla yanaşı Almaniya hökumətinin rəhbəri münaqişənin diplomatik yol ilə həllinin vacibliyini vurğulayıb.
 
A. Merkel çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini qeyd edib. Kansler həmçinin Yaponiya və Braziliya ilə bir sıra istiqamətdə, o cümlədən beynəlxalq terrorizm sahəsində əməkdaşlığın zəruriliyini vurğulayıb.
 
Qeyd edək ki, bu gün A. Merkel Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşəcək. Görüş zamanı "G7" çərçivəsində əməkdaşlıq, Ukrayna münaqişəsi, BMT Təhlükəsizlik Şurasında islahatlar, antiterror tədbirləri, Şərqi Asiya və Yaxın Şərqdəki vəziyyətin müzakirə olunacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA