Putin böyük müharibəyə hazırlaşır - Şok iddia

img

08-03-2015 [00:03]


"Rusiya Federasiyasının maliyyə naziri Siluanovun bu yaxınlardakı açıqlamasına diqqət edilmədi. Nahaq. Nazir faktiki olaraq bildirdi ki, Rusiya Federasiyası böyük müharibəyə hazırlaşır”.

Bu sözləri tanınmış bloger Yevgeni Sıbulenko bildirib. Onun sözlərinə görə, müharibə böyük ölçudə – Belarus, Qazaxıstan və ya hətta Ukrayna ilə olmayacaq. 

Siluanov qeyd edib ki, hərbi xərclər büdcənin təxminən 40%-ini təşkil edir, sosial xərclər isə – 35%-dir.

"Mən ilk dəfə bu informasiyanı görəndə əvvəlcə sadəcə inanmadım. Yoxladım və məlumat düz idi. Büdcə pullarının təxminən yarısı orduya gedəcək, qalan hissəsini Putin rejiminin müxtəlif bölmələrinə paylanacaq. Bu böyük müharibə aparanın dövlətinin büdcəsidir. Əgər Şimali Koreyanın büdcəsini nəzərə almasaq orduya bu qədər xərc çəkmək sülh vaxtı mümkün deyil", - deyə Yevgeni Sıbulenko yazıb(Ans)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA