Dövlət sirri ilə bağlı sanksiya sərtləşdi

img

06-03-2015 [14:08]


Dövlət sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsinə görə mövcud sanksiyalar sərtləşdirilib.

Bu barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Cinayət Məcəlləsinin 284-1-ci maddəsinə edilən dəyişikliyə görə, dövlət sirri təşkil edən məlumatların, məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət sirri olan əşyaların zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, talama, aldatma yolu ilə, yaxud məxfi məlumatların gizli əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi və ya digər texniki vasitələrdən istifadə etməklə qanunsuz əldə edilməsi, dövlətə xəyanət və ya casusluq əlamətləri olmadıqda "iki ildən beş ilədək" sözləri "üç ildən altı ilədək" sözləri ilə əvəz edilib.

284.2-ci maddənin sanksiyasında "üç ildən yeddi ilədək" sözləri "dörd ildən səkkiz ilədək" sözləri ilə əvəz edilib. Qanuna dəyişiklik səsvermə nəticəsində qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR