Rusiya ordusu Gümrünü "tutdu"

img

05-03-2015 [19:46]


Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının Gümrüdə hərbi təlimlərinə start verilib.


ANS PRESS-in məlumatına görə, yüzlərlə hərbi texnikanın hərəkəti üçün Gümrüyə gedən yollar bağlanıb.

"Təlimlər bir ay davam edəcək. Bu müddət ərzində hərbi karvan Gümrüdə bütün qəsəbələrə, küçələrə girəcək, hədəf kimi göstərilmiş məntəqələrə çatacaqlar. Təlimlər ən yüksək səviyyədə təşkil edilib. "Navodçik-2" pilotsuz aparatları ilə təlimlərin necə keçirildiyi müşahidə edilir", - deyə Rusiya Cənub hərbi dairəsinin açıqlamasında bildirilir.

Təlimlər zamanı hərbçilərin esktremal vəziyyətlərdə ağır texnika ilə müxtəlif manevrlər də edəcəklər. Bundan başqa təlimlər dəniz səviyyəsindən 1,6-dan 2,5 kilometr hündürlükdə keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA