“Bu alçaq və ikiüzlü qətlin sifarişçi və iştirakçıları layiqli cəza alacaq" - Putin

img

01-03-2015 [00:56]


"İnanıram ki, Boris Nemtsovu qətlə yetirən şəxslər layiqli cəzalarını alacaqlar”.

APA-nın Kremlin saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin B. Nemtsovun anasına ünvanladığı teleqramda deyilir.  
 
"Bu alçaq və ikiüzlü qətlin sifarişçilərinin və iştirakçılarının layiqli cəza almaları üçün bütün lazımi addımlar atılacaq”, - deyə teleqramda vurğulanıb.
 
Putin həmçinin qeyd edib ki, Nemtsov Rusiya tarixində özünəməxsus iz buraxıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA