Türkiyə dollarla bağlı sərt qərar verdi

img

27-02-2015 [22:08]


Türkiyənin Mərkəzi Bankı volatilliyin (dəyişkənliyin) artması ilə əlaqədar gündəlik satış hərraclarının keçirilməsi üzrə tenderlerə dəyişiklik etmək barədə qərar verib.

 Mərkəzi Bank milli valyutanın sabit saxlanılması üçün müəyyən güzəştlərə gedəcək.

"Valyuta bazarında yaranmış vəziyyətlə əlaqədar fevralın 27-dən etibarən valyuta hərracları üzrə kompensasiyaların məbləği gündəlik olaraq müəyyən ediləcək. Belə ki, ehtiyac olarsa gündəlik satış hərracları 50 fazi artırılaraq 40 milyon dollardan 60 milyon dollara artırılacaq", deyə MB-nin açıqlamasında bildirilir.

Bu açıqlamadan sonra Türkiyədə dollar dərhal ucuzlaşıb. Belə ki, 1 dollar 2,50 lirədən aşağı düşüb. Qeyd eedək ki, Türkiyədə son günlər dollar kəskin bahalaşaraq 1 dollar 2,51 lirə təşkil edib(Ans).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA