Nazarbəyov seçki qərarı verdi

img

25-02-2015 [22:29]


Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstan parlamentinin təşəbbüsü ilə aprelin 26-da növbədənkənar seçkilərin keçirilməsinə dair fərman verib.

ANS PRESS-in məlumatına görə, dövlət telekanalı ilə xalqa müraciət edən Nazarbayev Konstitusiyaya əsasən Qazaxıstan vətəndaşlarının xahişi ilə növbədən kənar seçkilər keçirməyi qərara aldığını bildirib. Nursultan Nazarbayev 1989-cu ildən bəri ölkəyə rəhbərlik edir, əvvəl Qazaxıstan Kommunist partiyasının birinci katibi vəzifəsini tutub, daha sonra isə prezident kimi ölkəyə başçılıq edib.

Dövlət başısının səlahiyyətlərinin 2020-ci ilə kimi uzadılması haqqında referendumun keçirilməsi üçün 2.5 milyon imza toplansa da, Nazarbayev referendumdan imtina edərək, növbədənkənar seçkilər elan etmiş və 95.5 faiz səslə qalib gəlmişdi. Fevralın 14-də Nazarbayevin Nur otan partiyası və millət vəkilləri "veteran liderə” müraciət edərək, iqtisadi çətinliklərlə üzləşmiş ölkəni möhkəmləndirmək üçün növbəti 5 il müddətinə namizədliyini irəli sürməsini təklif edib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bir gün əvvəl keçmiş kürəkənin həbsxanada dünyasını dəyişməsi ilə medianın gündəminə gəlmişdi. Əvəllər Avstriyada səfir işləmiş Rəşad Əliyevin intihar etdiyi ehtimal olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA