Saakaşvili Ukraynaya silah verilməsi üçün ABŞ Konqresində görüşlərə başladı

img

25-02-2015 [20:51]


Gürcüstanın eks-prezidenti, Ukraynadakı Beynəlxalq İslahatlar Şurasının rəhbəri Mixail Saakaşvili 3 gün ərzində ABŞ Konqresində Ukraynaya müdafiə silahlarının verilməsi üçün danışıqlar aparacaq. 

Musavat.com-un məlumatına görə, bu barədə o, özünün facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, artıq Konqresdə "Maqnitski siyahısı”nın müəllifi senator Kardinabla görüşüb. Qarşıda Senatın komitələrinin, Nümayəndələr Palatasının təmsilçiləri və başqa siyasi liderlərlə görüşlər gözlənilir. 

"Mövzu Ukraynaya müdafiə qurğularının verilməsi üçün qanunverici təzyiqin artırılmasıdır”, - deyə sabiq prezident qeyd edib. 

Saakaşvili onu da vurğulayıb ki, bu qədər sayda qanunvericinin görüşə razılıq verməsi heç o, Gürcüstan prezidenti olan dövrdə də mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA