Maral Tahirqızının məhkəməsi başladı

img

25-02-2015 [16:32]



Bu gün Xətai Rayon Məhkəməsində Maral Tahirqızının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu barədə APA-ya məlumat verən M. Tahirqızı bildirib ki, hakim İbrahim İbrahimlinin sədrliyi ilə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı isə martın 11-nə təyin edilib.
Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR