Ərdoğan Fətullah Güləni qızına sui-qəsddə ittiham etdi - VİDEO

img

21-02-2015 [22:56]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qızı Sümeyyə Ərdoğana sui-qəsd planlaşdırıldığı barədə iddialara münasibət bildirib. 

ANS TV-nin məlumatına görə, Ərdoğan sui-qəsd planının arxasında dayanan şəxsi cəsarətli olmağa və öz adını gizlətməməyə çağırıb. 

"Allahın verdiyi canı heç kim ala bilməz”- deyən Rəcəb Tayyib Ərdoğan Fətullah Güləni nəzərdə tutaraq, "ABŞ-dan gələn bu cür təhdidlərin” onun ailəsini qorxutmadığını da deyib.

"Təhdidlər alırıq demişdim. Ailəlikcə hədələnirik demişdim. Qızımla bağlı, mənim özümlə bağlı təhdidlər ortaya çıxmağa başlayıb. Aylardır ortaya çıxan bir şəxs adı var. Cəsarətlisənsə, çıx ortaya, niyə gizli-gizli edirsən? Biz kəfənimizi geyərək bu yola çıxdığımızı demişdik. Bizi yolumuzdan döndərə bilməzsiniz. Səndə ürək varsa, səndə cəsarət varsa, şifrəli adla ortaya çıxma”,- deyə sözlərinə əlavə edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA