17-02-2015 [10:25]
Milli
Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimovun az
öncə Bakının yol polisləri haqqında işlədiyi sərt ittiham diqqəti yenə də Bakı şəhər
Dövlət Yol Polisi İdarəsinin üzərinə yönəldib.
Xatırladaq
ki, Eldar İbrahimov DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini,
polkovnik Ramiz Hüseynovun da iştirak etdiyi parlamentin iclasında yol polislərini
«dana» adlandırmaqdan çəkinməyib:
«Siz
serjantlardan soruşun ki, Milli Məclsin maşınlarının nömrəsi hardan başlayır,
harda qurtarır? Prezident Aparatının nömrələri hardan başlayır, hardan
qurtarır. Məni maşına görə tanıyırsız. Mənim alnıma yazılmayıb ki, Milli
Məclisin deputatı Eldar İbrahimov. Maşın nömrəm 10 AA 409. Siz bilməlisiniz ki,
bu hansı orqanın maşınıdır. Bilmədirlər ki, bunu idarə edən deputatdır.
Nəzakətli şəkildə deməlidir ki, keçin. Amma deyirlər ki, məsələ araşdırılıb
sizə deyiləcək. Bizim polislərdə bu mədəniyyət çatmır. Mənə çox gileylər olub
və başıma da gəlib. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq
kitabçasını da göstərmişəm. Deyirəm, oxuyun ki, orada nə yazılıb. Mənə deyir,
bu kitabçadan hamıda var da. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda
var. Oxudun başa düşmədin? Bu "dana”, üzr istəyirəm, haradan gəlib? Bunlara bir
başa salın ki, deputat, prezident, baş nazir kimdir. Yəqin ki, heç
Məhkəmə-Hüquq Şurasının üzvlərini də tanımırlar. Demirəm ki, biz günahsızıq.
Dövlət adamıyıq, qanunlara tabe olmalıyıq. Amma onlara başa salın ki,
bizə küçədə qanunsuzluq edən insanlar kimi yanaşmasınlar. Cavan uşaqlara
bunları başa salmaq lazımdır».
Deputatın yol polisinin rəhbərlyiini silkələyən bu açıqlamasına cəmiyyətin tanınan simalarından dəstək gəlməsi də, vəziyyətin heç də DYP rəhbərliyi, xüsusən də idarə rəisi Nuşirəvan Səfərov üçün xoş təəssürat yaratmadığı görünür. Doğrudur, bu ittihamdan sonra Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov deputata belə bir çıxışı dolayısı ilə yaraşdırmadığını dedi.
Diqqətçəkən digər bir məqam isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polkovnik Vaqif Əsədovun daha ehtiyyatlı açıqlama verməsi oldu. O, deputatın ittihamına iki cümlə ilə münasibət bildirib, yol polisləri ilə marifləndirmə işlərinin hər gün aparıldığını deməklə kifayətləndi. Bu isə cəmiyyətdə Vaqif Əsədovun deyilən iradları qəbul etməsi qənaətini gücləndirdi. Bununla yanaşı, gündəmi məşğul edən "dana" məsələsinə cəmiyyətin nüfuzlu insanlarının da dəstək verməsi, söylənilənlərin ağır təhqirləri özündə birləşdirməsinə baxmayaraq, olayı böyütdü.
Elə bu məsələyə münasibət bildirən keçmiş baş prokuror Əli Ömərov deputat Eldar İbrahimova dəstək verərək, «polisdə mərifətli, qanacaqlı, ədalətli, millətini sevən insanlar olsa da, eləsi də var ki, danadan da şüursuzdur» deyərək, bəzi məqamları da açıqlaması da vəziyyətin necəliyini göstərir:
«Gəlin etiraf edək ki, belələri də var. Ona görə də
gəlin Elda İbrahimoivu da qınamayaq. Sizə bir misal çəkim. Tutaq ki, yolla
getdiyin yerdə qayda-qanunu pozmadığına əminsən, amma "QAİ" səni
saxlayır. Tutaq ki, saatda 100 kilometr sürətlə getməli olduğun yolu 80 sürətlə
getmisən. Amma səni saxlayır və gözünün içinə ağ yalan deyir ki, sürət həddini
aşmısan. Başa salırsan ki, ay qardaş, belə deyil axı, bu cürdür. Öz dediyinin
üstündə durub sənədlərini tələb edir. Sən də verməyəndə əlbəyaxa olur. Artıq
burada vətəndaş gücüsüdür. Çünki polisə müqavimət cinayəti əmələ gəlir...».
Sabiq baş prokuorun sonuncu cümləsindəki fikiri qüvvətləndirən və paytaxtda belə halları göztərən xeyli faktlar da var.
Belə faktlardan biri haqqında «Reytinq»in ötən sayında məlumat verilib. Billdirilib ki,
bu yaxınlarda 99 AA 499 nömrə nişanlı
"Range Rover” markalı avtomobilin sərxoş sürücüsü "BMW” markalı avtomobilin
sürücüsünü həyat yoldaşının yanında yumruqlayıb. Ancaq hadisə yeriən gələn 10
YP 756 nömrəli yol polisinin əməkdaşları heç nə olmamış kimi olaya seyrçi qalmaqla
yetməyib, hadisə yerini sürətlə tərk ediblər. Həmin xəbər fotolorla birgə əksər
saytlarda yayıldı. Amma görünən odur ki, Nuşirvan Səfərov yol polisinin adına
xələl gətirən bu hadisə ilə bağlı əziyyət çəkib, aydınlaşdırıcı açıqlama da vermədi.
Cəmiyyət isə bu harınlamış adamın kim olduğunu da bilmədi.
Bu məsələ ilə bağlı «Reytinq» qəzeti müəyyən araşdırma aparıb. Aydın olub
ki, 99 AA 499 dövlət nömrə
nişanlı maşın "Clear" mehmanxanasının sahibinə məxsusdur. Bakı
şəhəri Binəqədi rayonu, Dərnəgül yaşayış massivi 108 ünvanında yerləşən həmin 4
ulduzlu mehmanxananın sənədlər üzərində sahibi isə fiziki şəxs Məmmədov Fuad
Bayram oğludur.
Maraqlı
məqam odur ki, yol polisləri mehmanxana sahibinin qarşısından rüsvayçı şəkildə qaçmaqla,
təkcə sosial şəbəkələrin deyil, həm də cəmiyyətin nüfuzlu insanlarının hədəfinə
gəldilər. Ancaq onun barəsində hansı tədbirin görülməsi cəmiyyətdən gizlədilir.
Bu və buna bənzər hadisələr isə cəmiyyətdə dolaşan bəzi xoşagəlməz söz-söhbətlərin daha sürətlə kök atmasına rəvac verir. Xüsusən şəhər yol polis idarəsinin rəisi Nuşirəvan Səfərov və onun idarədəki məlum komandasının radar sistemindən «gizlətdikləri» pullu sürücülərin siyahısı, hər ay onlardan «hesab» alınması, sərxoş sürücülərin hər birindən 1000-2000 manat rüşvət toplanması və sair xəbərləri indi hamı danışmağa başlayıb».
«Reytinq»ə yol polislərindən biri deyib ki, Bakı
Şəhər Yol Polisi İdarəsinə Nuşirəvan Səfərov rəis təyin edildiyi gündən başlayaraq,
burada hər şey mənfiyə doğru dəyişib: «Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general
Mirqafar Seyidov gələndə isə buradakı vəziyyətin düzələcəyinə inam vardı. Ancaq görünən odur ki, paytaxtın baş polisi buraya nüfuz edə
bilmir. Şəhər polisinin rəhbərliyi yol polislərindən olimpiya öncəsi
fəaliyyətlərində dönüş yaratmağı, sürücülərələ normal davranış tələb etsə də, hələ
də bu tapşırıqlar qulaqardına vurulur. Mirqafar Seyidovu ən çox ehtiyyatlandıran
yol polislərinin olimpiya zamanı etimadı doğrulda bilməməsi və bununla ölkəmizin
biabır olma ehimalıdır. Bununla yanaşı, iddialara görə, Mirqafar Seyidov şəhər yol polisində yaşanan açıq rüşvət və korrupsiyanın
qarşısının alınmasını tələb edir. Çünki bu ümumilikdə həm də onun nüfuzuna toxunur.
Ancaq general Mirqafar Seyidov hələ də Nuşirəvan Səfərov və onun burada «əsas gəlirli»
sahələrə nəzarət edən komandasına təsiri edə bilmir».
Şəhər yol polisi idarəsinin istifadəsində olan
xidməti BMW-lərə hər gün verilməli olan yanacaq, onların təmiri üçün ayrılan vəsaitlər,
həmin avtomobillərin təmiri və digər texniki dəstəyə görə servislə bağlanan müqavilə
və digər maraqlı məsələlərdən də söhbət açan müsahibimiz deyir ki, bunların da araşdırılması
vacibdir("Reytinq" qəzeti).
Ağsuda əməliyyat: saxlanılan var
"Göbək rəqsi" ilə qısa müddətə bir milyon dollar qazandı - FOTOLAR
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xorvat məşqçi daha bir komandadan qovulub
"Fənərbaxça" Konyada vacib xal itiirb
Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsinin ilkin seçimi olub - SİYAHI
HƏMAS-la İsrail atəşkəsə razılaşıb? - İsrail təsdiqləmir, şərtlər də gizli saxlanılır
Paşinyan Moskvaya gedir - Putinlə ikitərəfli görüş olacaq
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - Xəbərdarlıq
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonasında 2046.3 hektar ərazi minalardan təmizlənib
Dövlət qulluğuna imtahan keçiriləcək
DSMF-də rəsmi yoxlama başlayıb - Açıqlama
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTATIN RAMİZ MEHDİYEVƏ ŞOK MƏKTUBU ÜZƏ ÇIXDI: "Hörmətli ağsaqqalım..." - "Bəlkə, özləri yazıb "qol" çəkiblər?" - FOTO (YENİLƏNİB)
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
RUSİYA UKRAYNANI ADDIM-ADDIM ƏLƏ KEÇİRİR: "Xarkov və Donetskdə daha iki yaşayış məntəqəsi nəzarətə götürülüb"
Qəzzada savaşın 213-cü günü: ölənlərin sayı artlb
Hakim: "AMEA-nın vitse-prezidenti bilərəkdən, ya bilməyərəkdən cavab vermir" - Qalmaqallı məhkəmə (FOTOLAR)
Keçmiş komitə sədri hakim qarşısına çıxarılır - Korrupsiya ittihamı
Türkiyədə ağır qəza: 8 nəfər ölüb, çoxlu sayda yaralı var - FOTOLAR
Ağdərə və Qubadlıda insan qalıqları tapılıb - Prokurorluq araşdırma aparır (Yenilənib)
Joze Mourinyo Türkiyəyə gəlir - İki illik razılaşma əldə olunub
ABŞ səfiri Füzuli və Şuşada - FOTOLAR (YENİLƏNİB)
Putin beşinci dəfə and içəcək
QMİ Məhərrəmlik ayının başlanacağı tarixi açıqladı
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO (Yenilənib)
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü - Sabiq mətbuat katibi vəzifəyə təyin olunub
Azərbaycanla daha bir ölkə arasında viza tələbi aradan qaldırılıb
Gömrük Komitəsinin sədri özünə daha bir müşavir götürüb
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir - Dəyişiklik
ABŞ-da unikal hadisə: qadın 10 həftə ərzində lotoda iki dəfə 1 milyon dollar qazanıb - "Qənaətlə xərcləyəcəm"
Dövlət xidməti rabitə müəssisələrini "vurdu": “Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
Anar Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək