24-01-2015 [20:05]
Orxan MƏMMƏDLİ
Bilmirəm, nənələrim, babalarım üçün darıxıram, yoxsa uşaqlığım üçün. Tez böyümək istəyirdim. Qapımızın ağzındakı şkafa qələmlə işarələr qoyurdum. Hər yaydan sonra uzanmağım və uzanmalar məni fərəhləndirirdi. Mən hər gün böyümək barədə düşünürdüm. Əvvəlcə 15-i , sonra 20-ni hədəf seçdim. İndi 29 yaşım var. Napaleonun 24 , Elçin Quliyevin 34 yaşında general olması məni daha hərbiyə rövnəqləndirmir. Heç Ceyhun Osmanlının 28, Zahid Orucun 29 yaşında deputat olması da məni daha narahat eləmir. Amma bilirəm, bilirəm ki, o dünya mövcuddursa, ata nənəm mənə görə çox məyusdur. O istəyirdi ki, mən "Bakının yiyəsi" olum. Südün qaymaqlı, qatığın yağlı yerini, hinin təzə yumurtasını, təndirin ilk çörəyini mənə saxlayan nənəm, Bakının öz yiyələri var indi. Plana düşmək adıyla camaatı şəhərdən kənara köçürürlər, "ay nə".
Bilirsən, ay nənə, əslində səninçün, uşaqlığımçün darıxmağımın təhtəlşüurumda bir adı da var - ATAM.
Adam elə adamçün elə darıxır ki, elə bil ürəyi yerindən çıxacaq. Başqa cür adam üçün...
Yadımdadır, bir dəfə televizorda atamı göstərirdilər. Deyindin ki, anası ölmüş Məhəmməd yenə əllərini qoynuna qoyub. Qəzetlərdə belə şikli azıydı, indi də televizorda əli qoynundadır. Dedim, ay nənə, əli qoynunda olanda nolur ki?! Dedin ki, adamın anası-atası ölür, yetim qalır. Sən istəyərsən, bavannan mən ölüm?! Dedim yox ay nə, bəs mənə mokruşok şalvarı kim alar?!
Mən ki, əlimi heç qoynuma qoymazdım, bəs noldu "ay nə" ...?!
***
Atamı son mənzilə yola salmağa gedəndə bir mitinq adamın içində babam dedi ki, çox arsız adamlarıq . Arvad da, mən də... Biz dura-dura, apar o cür oğulu Aşağı Nəvətavanın torpağına tapşır gəl. Babam ağlaya bilmirdi. Arada özünü elə aparırdıki, güya xərifləyib. Amma xərifləməmişdi. Babam sadəcə ağlaya bilmirdi. Bir dəfə, 11-12 yaşım olardı, ilan arxın qırağında nənəmin düz ayağının üstündən keçdi. Nənəmin vay-şüvən qışqırığına mən doqqazdan çatana qədər, babam ilanı yabaya keçirmişdi. Açıq sarıya çalan qabıqsız ilan idi. Nənəm dedi ki, ay Şanım, bax gör, ilan dəqiq öldü?! Ay Şanım nəyiydisə, babamın adı Nazim ola-ola nənəm ovqatının xoş vaxtında babama Şanım deyirdi. Bu Şanım nə Şanımıydısa, burada bir sevgi, bir güvənlik, bir az da intim nəsə vardı. Bu fəlsəfəni indi başa düşürəm. Amma həmin gecə ulduzların çıxmasını gözləmişdim ki, ilan ölsün.
***
Məmməd Nazimoğlu adına yığışanların arasında deputat, yazıçı, jurnalist, məmur, müəllim, traktorçu, əkinçi, kəndli də vardı. Amma mənim fikrim o adamın üzündəydi. Üzü təbiətə oxşayan adamın. Düşünürdüm ki, o da nəsə şeir düşünür. Bu dəqiqə fatihənin yerinə mollanın sözünü kəsib, öz misralarını ucadan deyəcək. Buna görə, bir az narahat da olurdum.
Babamgilin həyətində Musa Yaqubun da iştirak etdiyi atamın cənazə namazından 2 ildən bir az çox vaxt keçdi. Soyuq yanvar ayının əvvəli idi. Kənddən zəng gəldi... Getdik, nənəmi dəfn elədik. Atamın gələn dostları da sağ olsun, tək qoymadılar vasvası kişini. Babam onlarla bir xeyli söhbət elədi. Kommunizmdən, Əliyevdən, sovet sədrliyindən, Bəxtiyar Cavadovdan, partşkoladan, SSRİ-dən danışdılar. İndi olmasın, lap elə indi olsun, Əliyevi yaman çox istəyirdi. Deyirdi, ağızları isti yerdədir. Çox şux danışırdı, kişi. İçimdə bir balaca qeyzləndim də. Nənəmin hüzründə babamın bu əhvalına biganə qala bilmirdim. Onda, indiki düşüncəm deyildi. Adətə görə, hamı kədərli görünməliydi. Babam ağlaya bilmirdi. Arada özünü elə aparırdı ki, güya xərifləyib. Amma xərifləməmişdi. Babam sadəcə ağlaya bilmirdi. Bəs, niyə o vaxt ilanı öldürmüşdü, babam, ağlaya bilmirdisə?!
***
Qayıtdıq...25 gündən sonra bir də o kəndə qayıtdıq. Nənəmin yanında, babamı dəfn eləmək üçün.
Bilirəm , mən bir də uşaq olmayacam. Heç siz də olmayacaqsız. Amma mən məcbur ruhların, o dünyanın varlığına inanıram. Atam var, siz varsız axı.
Böyüdükcə başa düşürəm ki, adamlar o dünyasız yaşaya bilməzlər. "O dünya" haradasa bir ümiddir. Amma gəlin öz dünyamızı yaşayaq, hələki...
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib- Səbəb
ABŞ Vitse-prezidenti və həyat yoldaşı Şəhidlər xiyabanıda - VİDEO
TRAMP BÖLGƏYƏ ƏLAVƏ HƏRBİ GÜC GÖNDƏRİR: "İran ya bizimlə razılığa gələcək, ya da..."
Türkiyənin bir bölgəsində məktəblər bağlandı - Qara görə
Türkiyədə bələdiyyə sədrinə qarşı ittiham - 44 il həbs gözləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aşıq Telli Borçalıya ağır itki üz verib
İzmirdə FETÖ-ya qarşı növbəti əməliyyat: 12 nəfər saxlanılıb
Makrondan Epşteynlə bağlı suala belə cavab verdi: "Məhkəmə sistemi öz işini görməlidir"
BMT Baş katibi ilə Hakan Fidan telefonda müzakirə aparıb
Türkiyə hərbçiləri NATO-nun nəhəng təliminə qatılacaq
"Patron"dan zəhərlənmə şikayətinə maraqlı reaksiya: "Məhsulun içindən xırda daş, başqa şeylər çıxa bilər"
Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçi təyinatı oldu
Deputatın şirkəti il başlar-başlamaz 10,7 milyonluq sifariş alıb – “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasını oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacı"sı vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDR SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib