19-01-2015 [10:45]
Azər Həsrət, [email protected]
20 Yanvar ərəfəsindəyik. Hər il olduğu kimi bu il də Şəhidlər Xiyabanını 100 minlərlə insan ziyarət edəcək. O şərəf gününü hər kəs qürurla anacaq, millət olmağımızın bu əziz sübutunu bir daha xatırlayacaq.
Biz də hər il belə edirik. Özü də ailəlikcə. Bir qayda olaraq 20 Yanvar öncəsi və ya həmin gün Şəhidlər Xiyabanını ziyarət edirik. Şəxsən özüm 1991-ci ildən bu ilədək elə bir 20 Yanvar günü olmayıb ki, Xiyabana gedib əziz şəhidlərimizi ziyarət etməyim. Bundan başqa hər il ərzində də bir neçə dəfə ora gedirik.
20 Yanvar ziyarətlərindən birini də bu gün etdik. Uşaqlarla birlikdə səhər saatlarında Xiyabana gəldik. Adətimizcə çiçək aldıq, yavaş-yavaş 20 Yanvar şəhidlərinin məzarına doğru hərəkət etdik. Bizim kimi ziyarətçilər də az deyildi. Məktəblilər, əsgərlər, ayrı-ayrı vətəndaşlar dəstələrlə Xiyabana axışırdılar. Onlar da bizim kimi belə bir günü qürurla, şərəflə yad edirlər təbii.
Xiyabandakı xidmətlər də ciddi hazırlıq işləri görür. Qərənfillərdən kompozisiyalar hazır olmaq üzrədir. İşin böyük hissəsi görülüb. Hər kəs ayaq üstə, durmadan çalışır. Sevindiricidir əlbəttə. Amma bir müşahidəmiz olmasaydı…
Biz uşaqları ildə bir neçə dəfə ora aparıb Vətən, millət, dövlət sevgilərinin möhkəmlənməsinə çalışırıq. Göstərmək istəyirik ki, bir zamanlar bu igid şəhidlərimiz gözlərini qırpmadan bu torpaq üçün canlarından keçiblər. Yəni siz də bu Vətən üçün hər zaman hər şeyinizi verməyə hazır olun!
Amma… Amma baş verən, həm də uşaqların gözü önündə baş verən bir olay bütün müqəddəs duyğularımızı alt-üst elədi…
Yuxarıda qeyd etdiyim kimi, çiçək aldıq, uşaqlar şəhid məzarlarının üzərinə qoydular çiçəkləri.

Uşaqlar məzarların üzərinə çiçək qoyarkən
Biz bir az irəliləmişdik ki, orada hazırlıq işləri aparanlar arabalarla gəlib bütün məzarların üzərindəki çiçəkləri topladılar!
Dəhşətə gəldim!
Niyə belə edilirdi görəsən? Yaxınlaşdım, soruşdum. Cavab isə daha dəhşətli oldu: yenidən istifadə ediləcəkmiş çiçəklərdən! Yəni onlar yenidənmi satılacaq ziyarətə gələnlərə?! Adam dedi ki, Şəhidlər Xiyabanını bəzəmək üçün istifadə ediləcək!

Biz heç aralanmamışdıq ki, bütün çiçəklər toplandı
İndi Azərbaycan dövləti o günəmi qaldı ki, şəhid məzarlarının üzərinə məsum çocuqlar tərəfindən qoyulmuş çiçəklərdən təkrar istifadə etsin?!
Əsla belə deyil və ola da bilməz! Sadəcə olaraq çiçəklərdən təkrar istifadə etməyi ağlına gətirən o qafası qısır adamın kimliyini öyrənmək lazımdır!
Bəli, bu adam müqəddəs şəhidliyimizi belə, deyəsən, bir alver məkanı kimi görür!
Adam, yəqin ki, Xiyabanın tərtibatı üçün yüz minlərlə gülün alındığını rəsmiləşdirəcək. Nəzərə alsaq ki, hər gül 50 qəpikdir, onda bunun nə qədər pul etdiyini hesablamaq çətin olmaz. İndi bu adam gün ərzində Xiyabanı ziyarət edənlərin şəhid məzarları üzərinə buraxdığı çiçəkləri toplayıb o müqəddəs məkanın tərtibatında istifadə edəcək (kim deyə bilər ki, o çiçəklər yenidən satılmır ziyarətçilərə?) və maliyyə fırıldağına imza atacaq! Bu qədər də olmaz deyirsiniz yəqin ki! Amma gözümüzlə gördük, uşaqlarımızın gözü önündə onların da şəhid məzarlarına buraxdığı çıçəklər toplandı, təkrar istifadə olunacağı deyildi! Buna qədərsə mənə dedilər ki, bütün çiçəklər toplanıb atılacaqmış. Cənab Prezident 2 gün sonra Xiyabanı ziyarət edəndə, sən demə, məzarların üzərində çiçək olmamalıymış! Niyə, bunun izahı nədir axı?

Çiçək toplayanlar topladıqları çiçəklərlə…
Ümumiyyətlə, bu iyrənc əməli Prezidentin adıyla bağlamağın nə mənası var? Həm də təptəzə çiçəklər niyə toplanmalıdır axı? Gün keçər, solarlar, toplayıb atarsınız, başqa məsələ. Amma ziyarətçilər tər çiçəyi məzar üstünə buraxdıqdan dərhal sonra onları toplamaq, təkrar istifadəyə yönəltmək kimi bir hərəkətin adını mən şəxsən bilmirəm! Bilən varsa, mənə də desin!
Biz uşaqlarımıza Vətənsevərlik öyrətmək istəyirik, biriləri də Şəhidlər Xiyabanı kimi müqəddəs bir məkanda belə bazar açmaqdan utanmırlar! Nə deyim? Nə deyə bilərəm? Axı mənim ağlım, əxlaqım belə şeyləri heç cür anlaya bilmir! Biz belə öyrədilmədik axı! Biz bu cür hərəkətləri düşüncəmizə belə yaxın buraxmağı günah sayırıq! Bunlarsa əl boyda çocuqların şəhid məzarları üzərinə buraxdığı çiçəklərdən belə fayda güdürlər!
Nə deyim?
Nə deyilməlidirsə, qoy millət desin…
İki il əvvəl dağıntılar altında qalan 25 nəfərin cəsədi çıxarıldı - Biri jurnalistin meyitidir
"Fənərbağça"nın qolkiperi Polşaya gedir
Mərc oyunları ilə bağlı istintaq: 30 hakim "qara siyahı"ya alındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda hakim qarşısında
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini izləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?