16-01-2015 [19:05]
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib.
Mətbuat Şurasından verilən məlumata görə, əvvəlcə qurumun 2014-cü il üçün hesabatı ətrafında müzakirələr aparılıb.
Şuranın sədri Əflatun Amaşov bildirib ki, ötən il qurumun fəaliyyətindəki başlıca xətt daxil olan şikayətlərin araşdırılmasından ibarət olub. Bununla yanaşı, Şura birgə müsabiqələr, kitab təqdimatları, yubiley mərasimləri, müxtəlif tematik toplantılar, bir sıra beynəlxalq konfranslar keçirib, milli mətbuatımızın inkişafında, ictimai fikir tariximizdə rolu olan görkəmli şəxsiyyətlərin yaradıcılıq yolundan bəhs edən sənədli filmlərin çəkilişini reallaşdırıb. Həmçinin qurum dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn işləri gerçəkləşdirib, ali məktəblərin jurnalistika fakültələrinə qəbulda qabiliyyət imtahanlarının təşkilində yaxından iştirak edib, müxtəlif aksiyalarda və 23 dekabr bələdiyyə seçkilərində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.
Bildirilib ki, Şura üzvləri ölkəmizdən kənarda keçirilən beynəlxalq konfranslara da qatılıblar.
Hesabatın müzakirəsi zamanı İdarə Heyətinin üzvləri - Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli fikirlərini bildiriblər. Hesabat ümumən məqbul qiymətləndirilib və bəzi əlavələrin olunması zəruriliyi nəzərə alınmaqla qəbul edilib.
Gündəlikdə duran ikinci
məsələ Şuraya üzvlük qaydalarının layihə mətninin müzakirəsi olub. Ə.Amaşov
bildirib ki, hazırda Şuranın 230-a yaxın üzvü var. İndiyədək üzvlərin qəbulu
qurumun nizamnamə tələblərinə uyğun aparılıb. Qaydalar isə mövcud sahədəki
proseduru daha da təkmilləşdirmək məqsədi daşıyır.
İclasda müzakirə edilən növbəti məsələ Mətbuat Şurasının 2015-ci il üçün iş planı olub. Habelə 2015-ci ildə milli mətbuatımızın 140 illiyinin keçirilməsi ilə bağlı silsilə tədbirlərin təşkili məsələsi diqqət mərkəzində olub. Bu və digər təkliflər də nəzərə alınmaqla iş planı məqbul qiymətləndirilib.
İki il əvvəl dağıntılar altında qalan 25 nəfərin cəsədi çıxarıldı - Biri jurnalistin meyitidir
"Fənərbağça"nın qolkiperi Polşaya gedir
Mərc oyunları ilə bağlı istintaq: 30 hakim "qara siyahı"ya alındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda hakim qarşısında
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini izləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?