Yaşarın ilk xanım ortağı məlum oldu - VİDEO

img

30-12-2014 [21:58]


Müğənni Yaşar Cəlilov  ilk dəfə olaraq xanım müğənni ilə duet oxuyub. Onun duet ortağı estrada müğənnisi Təranə Mahmudovadır. Cütlük Dean Martinin repertuarından olan məşhur "Sway” mahnısını ifa edib.

Layihə xüsusi olaraq ATV-də yayımlanan "N1” musiqi yarışmasının yeni il buraxılışı üçün hazırlanıb. Veriliş dekabrın 30-da saat 21:45-də yayımlanacaq.

Y.Cəlilov duet ortağını özü seçib. T.Mahmudova da bu təklifi məmnuniyyətlə qəbul edib.

Yeri gəlmişkən, qeyd edək ki, bu həftə "N1” yarışmasında Yaşar Cəlilovla Mirkamil Kamilov duelə çıxmalı idi. Lakin veriliş bayram gününə təsadüf etdiyindən duel yanvarın 6-da baş tutacaq.

Yaşar və Təranənin ifasında "Sway” mahnısı:


Digər xəbərlər
SON XƏBƏRLƏR