30-12-2014 [17:07]
Müğənni Rəqsanə İsmayılovanın qızı, modelyer Aysun İsmayılova Lent.az-ın "Bazarlıq” rubrikasının qonağı olub. Ailem.az həmi müsahibəni təqdim edir.
Görüşümüz alış-veriş edəcəyi supermarketin qarşısında oldu. Aysun tək deyildi. Yaradıcılıq işlərində ona yardımçı olan prodüser Nigar Muradla birgə gəlmişdi. Salamlaşıb, sorğu-suala başlayıram.
- Aysun de görək haralardasan? Qarşıda nə işlərin var?
- Anamla birgə Moskvaya getmişdik. Bildiyiniz kimi mən orada dizaynerlik üzrə təhsil alıram. Hazırda bütün diqqətimi həm təhsilə, həm də yaradıcı işlərimə yönəltmişəm.
- Yaradıcılıq işlərin nədən ibarətdir. Bəlkə ətraflı məlumat verərdin.
- Artıq bir neçə ildir ki, dizaynerliklə məşğulam. Azərbaycanda bir çox tanınmış müğənnilərin geyimlərini hazırlamışam. Hələ qarşıda bir neçə tanınmış müğənni üçün də geyimlər hazırlayacam. Bundan əlavə anamla birgə layihə həyata keçiririk. Ana-bala veriliş aparacağıq. Həmin layihənin çəkilişləri davam edir. Çəkilişlər cəzaçəkmə müəssisələrində baş tutacaq. İnşallah, yaxşı bir veriliş ərsəyə gələcək.
- Yaradıcılıqdan danışdın, keçək bazarlığımıza.De görək, alış-verişlə aran necədir?
- (Bir az düşünür)Hə, bax, bu çətin sual oldu. Açığını deyim. Yalandan deməyim, ömrümdə birinci dəfədir ki, bazarlığa çıxıram. Evdə bu işi əksər hallarda nənəm edir. Allah ona can sağlığı versin ki, bu işi öhdəsinə götürüb.
- Ömründə ilk dəfə bazarlığa çıxan Aysun bu gün nə alacaq?
- (Gülür)Əslində bu gün bayram bazarlığı edəcəm. Nənəmə də dedim ki, bu gün alış-verişə özüm gedəcəm. Nənəm nəyi alacağımı qabaqcadan mənə deyib. Ona görə də çətinlik çəkməyəcəm.
Alış-verişimizə başlayırıq.
- Bəlkə də inanmayacaqsınız, mən və anam səhər yuxudan duran kimi, yalnız xiyar yeyirik. Sonra da yoqurt . Daha sonra isə yemək. Burdan pomidor, xiyar, alma, armud, gavalı alacam.
Dediyi kimi də edir. Hərəsindən 1 kilo olmaqla pomidor, xiyar, alma, armud, gavalı alır.
- Yemək bişirməklə aran necədi?
- Yalandan deyə bilmərəm ki, yaxşı yeməklər bişirirəm. Amma müəyyən yeməklər var ki, onları hazırlaya bilirəm. Amma nənəmin sayəsində. Sağ olsun ki, məni öyrədib, başa salıb. Moskvada yemək bişirmək lazım olanda "skayp”ı qoşurdum, nənəm başa salırdı ki, filan yeməyi belə bişirirlər. İndi imkan ver, keçim yağ satılan yerə.(Gülür)
Satıcıdan qarğıdalı yağı istəyir.
- Sizdə qarğıdalı yağı var?
- Bəli.
- Zəhmət olmasa balacasını verərdiniz. Böyüyünü istəmirəm. Çünki elə də istifadə olunmur.
- Aysun, deyirsən ki, evdə alış-verişi nənəm edir. Bəs sabah ailə qurdun, bu işi kim görəcək?
-(Gülür)Hələ ailə qurmağı düşünmürəm. Ona görə də, o barədə düşünə bilmirəm. Ailə qurmaq mənim üçün tezdir. Çünki bütün sevgimi işimə həsr eləmişəm. Bu dəqiqə mənim sevgim, işimdir. Nə bilim... Bəlkə də ailə quranda yəqin ki, bir xadimə götürərik. Çünki mən iş qadını olduğuma görə, evdə oturub, yemək bişirib, bazarlığa çıxmağa vaxtım olmayacaq. Vaxt çatdırmaram. Yəqin ki, gələcək həyat yoldaşım "kırmaz beni”.(Gülür)
Söhbət edə-edə ağartı məhsulları satılan şöbəyə keçirik.
- Burdan yalnız yoqurt götürəcəm. Hər gün yoqurt yeməliyəm. Ona görə də çox alım.
9 ədəd yoqurt alır.
- Aysun, daim formadasan. Yəqin pəhriz saxlayırsan...
- (Sözümü yarımçıq kəsir)Hə, daim yeməyimə diqqət edirəm, idmanla da məşğul oluram. İdman müəllimim mənə proqram yazıb, o cədvələ uyğun yemək yeyib, idman edirəm. Necə deyərlər, gözəllik qurban tələb eləyir.
- Mənə maraqlıdır, əksər hallarda müğənnilərin övladları elə valideynlərinin yolu ilə gedir. Bəs sən niyə ifaçı olmaq istəmədin?
- Bilirsən, müğənnilik çox çətin sənətdir. Anamın toy idarə etməyini görmüşəm, çox çətindir. Mən bunu bacarmaram. Həm də ki, anamda olan səs məndə yoxdur.
- Necə oldu ki, dizayner olmaq qərarına gəldin?
- Elə uşaq yaşlarımdan bu sahəyə maraq göstərirdim. Televizora baxan zaman, deyirdim ki, "bax filankəs belə geyinsə, yaxşı olardı”, "Filankəsə filan geyim yaraşmır”. Bir sözlə geyinib-keçinməyi çox sevirəm. Qərara aldım ki, modelyer olacam. Sağ olsun ki, anam istəyimə qarşı çıxmadı. O, mənə dəstək oldu. Ona görə də o, mənə həm ata, həm anadır. Bu günə qədər mən ata yoxluğunu hiss etməmişəm. Buna görə anama təşəkkürümü bildirirəm.
Şirniyyat şöbəsindəyik.
- Bayram olduğuna görə, bu gün yaxınlarıma bayram hədiyyəsi alacam. Nənəmə, bacım Yağmura yeni il xonçası götürüm. Amma evdə daim yediyim şokoladım qurtarıb. Baxım, görüm burda var...
İstədiyi şokoladı tapır.
- Yalçın, mən daim bu şokoladdan yeyirəm. Azərbaycan istehsalı olun fıstıqlı şokolad. Elə bunun birini burda yeyəcəm.
Dediyi kimi edir. Şokoladın kağızını qopardır, yeyir. Fotoqrafımız da bu anı lentə alır.
Şirniyyat şöbəsindən 2 ədəd yeni il xonçası və 1 kiloqram şokolad alır.
- Mən yaşıl çay içirəm. Bir ədəd yaşıl çay və qəhvə də alım.
1 ədəd 750 qramlıq çay, 1 ədəd də 500 qramlıq qəhvə alır.
- Aysunun sevmədiyi yemək var?
- Demək olar ki, bütün yeməkləri xoşlayıram. Yemək, Allahın verdiyi ruzidir, şükür etmək lazımdır. Naşükür olmaq, onu yemirəm, bunu yemirəm demək lazım deyil.
Mənə elə gəlir ki, hər şey aldım. Təbii meyvə şirəsi də alım, alış-verişi yekunlaşdıraq.
2 ədəd təbii meyvə şirəsi alır.
- Lap yadımdan çıxmışdı. Ət almalıyam. Gedək bir kilo mal əti alaq. Mal, qoyun ətindən anlayışım yoxdur. Yalçın, mənə kömək elə 1 kilo mal əti alım. (gülür)
1 kilo mal əti alır.
Kassaya yaxınlaşırıq. Kassir xanım malları bir-bir hesabladıqca, Aysun kisəsinin ağzını açır.
- Aysun, səncə, bu gün neçə manatlıq alış-veriş etdin?
- Dəqiq nəsə deyə bilmərəm. İndi baxaq görək, kassir xanım nə qədər deyəcək? Qiymət fərq etməz, ən əsası istədiyim məhsulları aldıq.
***
Beləliklə, Aysun İsmayılovanın aldığı məhsullar hesablanır. Sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur:102 manat, 83 qəpik...
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)