17-12-2014 [17:06]
Dekabrın 10-da səhər paytaxtda – Neftçilər Xəstəxanası ilə üzbəüz küçədə yol nəqliyyat hadisəsi baş verib.
Belə ki, yüksək sürətlə hərəkət edən dövlət nömrə nişanı 90 VM 200 olan «AUDİ» markalı avtomobil Musayev Kazım Vəli oğlunun idarə etdiyi 27 BX 395 dövlət nömrə nişanlı "OPEL”i vurub.
Zərbənin təsirindən "Opel” qarşıdakı BMW ( 10 TV 745) ilə də toqquşub. Nəticədə "Opel” maşını «metallomluq” hala gəlib.
Bu barədə Mia.az-a daxil olan məlumata görə, hadisə yerinə gələn yol polisləri və evakuator sürücüsü 90 VM 200-ün sürücüsünə xüsusi qayğı ilə davranıblar.
Zərərçəkənlərə isə deyilib ki, "narahat olmayın, bu adam polis rəisinin oğludur. Belə bir qəza bir neçə ay əvvəl də edib. Sizin zərəriniz artıqlaması ilə ödəniləcək”.
Mia.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bundan sonra zərərçəkənlərin maşınlarını şəhər «QAİ»sinin cərimə meydançasına aparsalar da, eyni halı polis rəisi olduğu deyilən şəxsin oğluna məxsus «AUDİ»yə tətbiq etməyiblər. Həmin maşının «Qaqarin» körpüsünün yanındakı cərimə meydançasına aparılacağı bildirilib.
Əməkdaşımız isə həmin günü dəqiqləşdirib ki, "Qaqarin” körpüsünün yanındakı cərimə meydançasında 90 VM 200 nömrəli maşın olmayıb.
Maraqlı burasıdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları isə təqsirkarı gizlətdikləri kimi, bu barədə də susurlar. Hətta şəhər yol polisində 13 "a” otağında oturan Şahin Vahidov adlı inspektor bu barədə sualları kobud cavablayaraq «Mən bilərəm, kimə nəyi necə edirəm. Protokol tərtib olunub, müvafiq tədbirlər görülüb»,- deyib.
Amma həmin tədbirin nədən ibarət olması isə hələ də aydın deyil.
Məsələnin ən ilginc tərəfi isə şəhər yol polislərinin ciddi şəkildə 90 VM 200-ün sürücüsünü qorumaq cəhdləridir. Belə ki, son model bahalı "AUDİ" avtomobilinin sürücüsü zərərçəkənlərdən gizlədilməklə yanaşı, onun kimliyi, barəsində nə kimi tədbirlər görülməsi də, sanki dövlət əhəmiyyətli sirr kimi saxlanılır.
Şahin adlı inspektorun isə zərərçəkənlərə «Sizə yalnız sığortaya təqdim etmək üçün arayış verərik» deməsi ilə yanaşı, zərərçəkənlərə qarşı ifrat sərt davranması da, yuxarıdakı qənaəti gücləndirir. Üstəlik, inspektorun fürsətcil davranaraq, sığortaya təqdim etmək üçün 250 manat pul istəməsi isə əndazəni tamamilə aşmaq deməkdir.
Mia.az-ın məlumatına görə, ayın 10-da baş verən qəza ilə bağlı hələ də zərərçəkənlərin izahatları da alınmayıb. Burada haqlı sual meydana çıxır: "Hansısa imkanlı adamın övladı belə bir qəza törədəcək, kiminsə maşınını əzəcək, üstəlik, onun zərər verdiyi kasıblar (zərərçəkənlər) niyə rüşvət verməlidir?!".
Yəqin ki, Daxili İşlər Nazirliyi bu hadisə ilə bağlı ciddi ölçü götürülməsi haqda müvafiq tapşırıq verəcəkdir.
Yeri gəlmişkən, Mia.az qəzanı törədən 90 VM 200-ün sürücüsü haqda məlumatları da, onun hadisə yerindəki fotolarını da əldə edib.
Aydın olub ki, qəzanı törədən maşını etibarnamə ilə idarə edən Sabirabad şəhəri, X.Həmidov küçəsində qeydiyyatda olan Rəsul İlham oğlu Qəhrəmanovdur.
Maşının qanuni sahibi isə Ehtiram Paşa oğlu Qəhrəmanovdur, Rəsul isə dəyəri 100 min manat civarında olan avtomobili etibarnamə ilə idarə edir.
Mia.az Rəsul Qəhrəmanovun barəsində bir sıra məlumatlarla yanaşı, onun atasının kimliyi haqda da ətraflı informasiya əldə edib.
Aydın olub ki, İlham Qəhrəmanov Daxili İşlər Nazirliyi sistemində vəzifə sahibidir. Hələlik onlarla danışa bilmədiyimizdən vəzifəsini və hadisənin qapadılmasına cəhd edilməsində kimlərin hansı rolu oynaması haqda təfsilata toxunmuruq.
Onu da qeyd edək ki, hadisə günü, yəni ayın 10-da olayla bağlı Respublika Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevlə danışdıq. O, hadisə ilə bağlı 902 qaynar xəttinə məlumat veriləcəyi təqdirdə, rəsmi araşdırma apara biləcəklərini dedi.
Həmin günü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətin yaxından tanıdığı Vaqif Əsədova da zəng etdik. Maraqlı burasıdır ki, müsahibimiz "Yaxşı olar ki, özünüz Şahin müəllimin yanına gəlin, danışın”, - dedi.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq cəhdimiz də alınmayıb.
Araşdırmalarımız davam edəcək.
F.ƏHMƏD
"ARB kanal"da aparıcı ilə müğənni mərcləşdi - 50 min manata
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev BMTn Baş katibinin köməkçisi ilə görüşüb - FOTOLAR
Məşhur müğənni narkotiklə tutuldu - FOTOLAR
Rusiya MN açıqladı: "Daha iki yaşayış məntəqəsini ələ keçirdik"
Sumqayıtda qaziləri aldadan şəxs qandallandı
"Sədərək"in sahibinin oğlunun evində nə baş verib? - 803 minlik qalmaqalla bağlı yeni xəbər var
Aygün Bəylərin bacısı: “Ləmanın üzr videosunu mənə göndərdilər” - "Bu cür insanlara baş qoşmuruq"
İlham Əliyev Bolqarıstan Prezidenti birgə bəyanat verdi, yeni sənədlər imzalandı - FOTOLAR (Yenilənib)
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI
“Müsavat Partiyası heç vaxt hakimiyyətlə..." - İsa Qəmbər iqtidarla gizli mandat bazarlığına gedib?
Azərbaycan Premyer Liqası: növbəti turun təqvimi açıqlanıb
Prezident İlham Əliyev sərəncam imzalayıb - TƏLTİF
TƏBİB-in hüquq departamentinə yeni müdir təyin edilib
Bolqarıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Şəhid Habil İsmayılov Lənkəranda dəfn olunub
Yağışlı hava davam edəcək - Xəbərdarlıq
Türkiyə META-nı cərimələdi - 1,2 milyard
25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
Qadın qılığında ölkədən qaçmaq istəyən şəxs saxlanılıb - FOTO
Ramiz Mehdiyevə gizli məktubu üzə çıxan sabiq deputat: "Biz bu şantajçıları çoxdan udmuşuq"
Paşinyan Moskvaya gedib - Putinlə görüş olacaq
Baham adaları Fələstini dövlət kimi tanıyıb - Bəyanat
"Əvvəllər deputat olmaq fikrim var idi, indi yoxdur" - Rasim Balayev
Prokurorluq protest verdi, Ali Məhkəımə rədd elədi - General və sabiq rəislərin cinayət işi üzrə daha bir qərar verildi
Sakit okeandakı adada daha bir güclü zəlzələ olub - 6,1 bal gücündə
Məhkəmə Anar Məmmədli barədə daha bir qərar verdi
İsrail ordusu Livana daha 18 zərbə endirib
Sabahın hava proqnozu açıqlandı
Misirlə sərhəddə savaş: 35 fələstinli öldürülüb
Növbədənkənar parlament seçkiləri: AXCP, Müsavat... - Hansı partiyalar iştirak edəcək? (AÇIQLAMALAR)
Azərbaycan və Bolqarıstanın birinci xanımlarının görüşü olub
"Qarabağ" və "Neftçi" klubları cəzalandırılıb
DİM sədrindən imtahanlarla bağlı açıqlama: "Bundan sonra həmin nisbətlər yavaş-yavaş dəyişəcək"
Milli Məclis özünü nə vaxt buraxacaq? - Yeni iddia yayıldı
Partiya qərargahı atəşə tutulub
Nəsimi rayonunda futbol turniri keçirilib - FOTOLAR
Türkiyədə başsız meyit tapılıb - Kəllə hələ də axtarılır (FOTO)
Masallıda əməliyyat: saxlanılanlar var - FOTO
ABŞ-dan bir ilk - İsrailə bomba göndərilməsi təxirə salınıb
Ankarada daha 15 FETÖ üzvü saxlanılıb