Avrasiya.net-in rəhbəri Türkiyə QHT-sinin Azərbaycan təmsilçisi təyin edildi

img

08-12-2014 [12:13]


Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, Avrasiya.net saytının rəhbəri Cavid Şahverdiyev Türkiyənin ən böyük QHT-lərindən biri – Ailə və Sosial Əlaqələr Federasiyasının (ASƏF) Azərbaycan təmsilçisi təyin edilib. Federasiyanın yaradılmasında əsas məqsəd sağlam, müsəlman, milliyətçi bir gəncliyin formalaşması üçün çalışmaq və sağlam bir ailə quruluşu yaratmaqdır. Türkiyənin bütün bölgələrini əhatə edən Federasiyanın dünyanın 20-dən artıq təmsilçiliyi yaradılıb, proses davam edir. Federasiyanın təşkilatlanma işləri başa çatdıqdan sonra Türkiyədə dövlət və hökumət rəsmilərinin iştirakıyla möhtəşəm konqres planlaşdırılır.

Onu da qeyd edək ki, C.Şahverdiyev bir sıra ölkələrdə keçirilən beynəlxalq forumlarda Azərbaycanı təmsil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR