23-11-2014 [21:44]
Axar.az saytının baş redaktoru Anar Niftəliyevin "Medi Sina” klinikası və həkimlərə qarşı qaldırdığı 750 minlik maddi və mənəvi təzminat davası üzrə yeni proses başlayıb.
Mia.az «Reytinq» qəzetinə istinadən xəbər verir ki, baş redaktor Yasamal rayon Məhkəməsinin 14 iyul 2014-cü il tarixli qətnaməsindən narazıdır: "Anar Niftəliyev həyat yoldaşı, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı maddi və mənəvi təzminat iddiası ilə bağlı Yasamal Rayon Məhkəməsində çıxarılan qətnamədən şikayət verib.
Xatırladaq ki, o, "Medi Sina” klinikası ilə yanaşı, mərhum həyat yoldaşının əməliyyatını aparan həkimlər - onkoloq Mahir Məmədov, asistent Fərəcullah İdrisov və anestezioloq Firuz İbrahimova qarşı ümumilikdə 750 min manat təzminat tələbi qaldırıb. Lakin Yasamal rayon Məhkəməsi jurnalistin iddiasını qismən təmin edib. Hazırda rayon məhkəməsinin qətnaməsindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun icraatına verilib.
«Reytinq»in əldə etdiyi məlumata görə, hakim İkram Şirinov şikayət üzrə noyabrın 26-na iclas saatı təyin edib.
Mia.az xəbərlə bağlı Anar Niftəliyevdən münasibət öyrənib. Baş redaktor deyib ki, xəbər doğrudur: "Ancaq Yasamal Rayon Məhkəməsi mənəvi təzminatla bağlı iddianı qismən təmin edib. Yəni 10 min manat mənəvi təzminatın ödənilməsi barədə qərar çıxarıb. Lakin biz həm 10 manatdan narazıyıq, həm də mənəvi təzminat tələbimizin tam təmin edilməsini tələb edirik. O ki qaldı maddi təzminat tələbimizə, bu tələb hələlik cinayət işi başa çatmadığı üçün təxirə salınıb. Yəni ayın 26-da Bakı Apellyasiya Məhkəməsindəki proses mənəvi təzminat tələbiylə bağlıdır".
Anar Niftəliyev onu da deyib ki, həyat yoldaşının ölümü ilə bağlı çinayət işi hazırda Nəsimi Rayon Məhkəməsində baxışa qəbul olunub: "Bu işlə bağlı noyabrın 19-da Nəsimi Rayon Məhkəməsində hazırlıq iclası oldu. Hakim noyabrın 25-nə növbəti iclas saatı təyin edib. Bu məhkəmədən sonra maddi təzminat iddiamız da təzələnəcək".
İlham Əliyev idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Həbsdəki sabiq icra başçıları: hansılar amnistiyadan faydalanacaq?
Partiya sədrinin oğlu məhkəmə hakimi təyin olunub
Türkiyədə minimum əmək haqqı 1308 manat oldu - Qərar açıqlandı
İcra başçısı Günəş Şirvanskaya ilə bayram mərasimi üçün anlaşdı - 62 min manatlıq tədbir keçiriləcək
Türkiyə futbolunda qumar: daha 29 nəfər qandallandı - Aralarında məşhur "Qalarasaray"lı da var
Lənkəranda dələduzluq edən şəxs tutulub
Bu rayonlara qar yağır
"Gmail"də dəyişiklik - Artıq E-poçt ünvanları dəyişdirilə biləcək
"McDonald’s"ın reklamı yalan çıxdı
İki il əvvəl dağıntılar altında qalan 25 nəfərin cəsədi çıxarıldı - Biri jurnalistin meyitidir
"Fənərbağça"nın qolkiperi Polşaya gedir
Mərc oyunları ilə bağlı istintaq: 30 hakim "qara siyahı"ya alındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda hakim qarşısında
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini izləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik