24-10-2014 [14:21]
29-31 oktyabr 2014-cü il tarixində Böyük Britaniyanın Liverpul şəhərində Avropa Cərrahi Onkologiya Cəmiyyətinin (ESSO) təşkilatçılığı ilə Dünya Konqresi keçiriləcək.
Cəmiyyətin təşkil etdiyi 34-cü Dünya Konqresində ölkəmizi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının Torakoabdominal şöbəsinin rəhbəri, tibb elmləri doktoru Ramiz Bayramov təmsil edəcək.
Mia.az cəmiyyətin rəsmi saytına istinadən xəbər verir ki, Ramiz Bayramov mədə xərçənginin cərr ahi müalicəsinə dair elmi məruzə ilə çıxış etmək üçün tədbirə dəvət edilib.
Konqresin proqramı ilə tanış olarkən diqqət yetiriləsi məsələlərdən biri də ondan ibarətdir ki, qonşu ölkələrimizdən yalnız Rusiyadan bir mütəxəssisin, keçmiş SSRİ respublikalarından isə Rusiyadan başqa yalnız Ukraynadan bir müəllifin məruzələri konqresin elmi proqramına daxil olunub.
Xüsusi maraq doğuran məqamlardan biri də ondan ibarətdir ki, çıxış üçün Rusiyadan dəvət almış məruzəçi ‒ Z.Məmmədli N.N.Bloxin adına ROEM-in əməkdaşı kimi kongresdə dünya mütəxəssislərinə Rusiyanın Onkologiya elminin nailiyyətlərini təqdim etsə də, milliyyətcə azərbaycanlıdır və Azərbaycan Tibb Universitetinin 1996-cı il məzunudur.
Xatırladaq ki, hazırkı kongres tibb elmləri doktoru Ramiz Bayramovun Avropada keçirilən mötəbər konqreslərdə ölkəmizi elmi çıxışları ilə təmsil etdiyi ilk elmi tədbir deyildir. O, Avropa Onkoloqlar Cəmiyyətinin (ESMO) Gastrointestinal Bədxassəli Şişlərə dair 14-cü Dünya Konqresində (Barselona, 2012), 15-ci Dünya Konqresində (Barselona, 2013) və 16-cı Dünya Konqresində (Barselona, 2014) mədə-bağırsaq sistemi xərçənginin cərrahi müalicəsində əldə etdikləri nailiyyətlərlə bağlı çıxış üçün dəvətlər almış və hər üç kongresdə öz məruzələri ilə ölkəmizin onkologiya elmini layiqincə təmsil edib.
Sonda qeyd edək ki Avropa Cərrahi Onkologiya Cəmiyyəti (ESSO) Dünya Konqresini ildə bir dəfə olmaq şərtilə hər il Avropada keçirir.
Konqresin məqsədi və vəzifəsi cərrahi onkologiyaya dair nailiyyətləri bölüşdürməkdən, yaymaqdan, beləliklə də onkoloji xəstələrin sağalması istiqamətində yeni ipucları verməkdən ibarətdir. Konqresdə ABŞ-dan Yaponiyayadək dünyanın bütün olkələrindən minlərlə cərrah-onkoloq iştirak etsə də məhdud sayda mütəxəssislər çıxış üçün dəvət alırlar. Başqa sözlə, çıxış üçün konqresə müvafiq sahədə böyük təcrübəyə və nailiyyətə malik mütəxəssislər və ekspertlər dəvət edilirlər.
Konqresin elmi proqramı ilə aşağıdakı linklə tanış olmaq olar:
http://www.ecco-org.eu/Events/ESSO34Baso2014
Hikmət Hacıyev: "COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər"
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib