İki jurnalist Azərbaycanı tərk edib

img

23-10-2014 [10:48]


Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olan 4 nəfərlə bağlı sensasion məlumat əldə etmişik.

Modern.az-a daxil olan bilgiyə görə, "Azadlıq” radiosununBakı bürosunun iki əməkdaşı – Abbas Əli və Maarif Çingizoğlu işdən ayrılaraq, xaricə köçüblər.

Məlumata görə, Abbas Əli İsveçrə, Maarif Çingizoğlu isə Almaniyada daimyaşayış üçün icazə alıb.

Əməkdaşımız məsələni dəqiqləşdirmək üçün "Azadlıq” radiosu ilə əlaqə saxlayıb.

Məlum olub ki, hər iki jurnalist bir müddət öncə "Azadlıq” radiosunun Bakı bürosundan işdən çıxmaq istədikləribarədə rəhbərliyə müraciət ediblər.

"Azadlıq” radiosundan eyni zamanda onların işdən çıxdıqları haqda xəbəri təsdiqləyiblər. "Azadlıq” radiosunun Bakı bürosundan Modern.az saytına verilən açıqlamada qeyd edilib ki, Abbas Əli və Maarif Çingizoğlu işdən çıxsalar da, onların indi harada olduqları qurum rəhbərliyinə məlum deyil.

Daha iki araşdırmaçı jurnalistin Avropa ölkələrindən birində daimyaşamaları üçün icazə aldıqları barədə də məlumat əldə etmişik. Onlarla bağlı xəbəri dəqiqləşdirməyə çalışırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR