Deputat nərd oynayır, başqan ona siqaret yandırır - FOTO

img

22-10-2014 [13:36]



Sosial şəbəkələrdə yayılan bu şəkil insanlar tərəfindən maraqla qarşılanıb.

Şəkildə də gördüyünüz kimi, Musavat partiyasının başqanı Arif Hacılı millət vəkili İqbal Ağazadəyə əlində tutduğu kömür ilə onun siqaretini yandırır. Ancaq bəzi insanlar iddia edirlər ki, bu şəkil Arif Hacılının başqan olmadığı bir vaxt da çəkilib. Məsələ ilə əlaqədar şəkildə adları çəkilən Arif Hacılı və İqbal Ağazadə ilə məsələ ilə əlaqədar əlaqə saxladıq. İlk olaraq deputat İqbal Ağazadəyə müraciət etdik. İqbal müəllim, yayılan bu şəkil həqiqətdirmi? İqbal Ağazadə: "Bəli, şəkil həqiqətdir. Şəkildə heç bir fotomontajdan söhbət belə gedə bilməz. Bir də, burada nə var ki?”. Daha sonra, Musavat başqanı Arif Hacılıya zəng etsək də, cənab Hacılı bizə bildirdi ki, "hal-hazırda yas mərasimindədir və danışa bilmirəm". 
XeberLent.az

Digər xəbərlər
SON XƏBƏRLƏR