“Marginal qruplar Rusiyada dəyişikliyə nail olmağa çalışırlar”

img

19-10-2014 [20:52]


"Rusiyaya sanksiya tətbiq edən Qərbin əsas məqsədi Ukrayna böhranını aradan qaldırmaq deyil. Onlar heç bunu gizlətmirlər də. Onların bəyanatlarında və əməllərində ortaya qoyulan mövqe ondan ibarətdir ki, Rusiya Qərbin diktəsi ilə bir sıra mühüm məsələlərdə ciddi güzəştlərə getsin. Onların düşüncəsinə görə, Qərbin tutduğu mövqeyi biz də bölüşməliyik”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV telekanalı ilə çıxışı zamanı belə deyib.  

"Ria Novosti” agentliyi bildirir ki, cənab Lavrovun sözlərinə görə, Qərbdə Rusiyadakı rejim dəyişikliyindən kimsə söhbət açmır, baxmayaraq ki, "marginal qruplar buna nail olmağa çalışırlar”. 

"Bizə deyilər ki, siyasətimizi və müxtəlif məsələlərə yanaşmamızı dəyişməliyik. Əgər onlar bizə bu istiqamətdə birgə iş görməyi təklif etsəydilər, bunu haradasa başa düşmək olardı. Ancaq bizə deyirlər ki, biz nəyi, necə etməyi yaxşı bilirik, siz isə sadəcə bizim istəyimizi həyata keçirməlisiz” - Rusiyanın xarici işlər naziri vurğulayıb. 

Nazirin sözlərinə görə, belə davranış "ötən əsrdən qalma düşüncəyə söykənir, müstəmləkəçilik psixologiyasından qaynaqlanır”.

Elbəyi HƏSƏNLİ,
Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA