Donbasda müharibə: yüzlərlə ukraynalı hərbçi mühasirədə

img

15-10-2014 [13:26]


Ukraynanın Luqansk vilayətində yüzdən çox hərbçi separatçıların mühasirəsinə düşüb.


Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Luqansk vilayəti dövlət administrasiyasının sədri Gennadi Moskal bildirib.

Vəziyyətin kritik olduğunu deyən G.Moskal ölü və yaralıların, həmçinin əsirlərin olduğunu bildirib. Vilayətin dövlət administrasiyasının sədri xeyli sayda hərbi texnikanın itirildiyini deyib.
 
"Luqansk vilayətinin Baxmutki avtomobil yolu ərazisindədə terrorçularla Ukrayna hərbçiləri arasında toqquşmalar davam edirdi. Milli Qvardiyanın köməyinə gedən Ukrayna Silahlı Qüvvələrinin 80-ci aeromobil briqadası pusquya düşüb. Bizim tərəfimizdən zirehli texnika itkisi var. Ölən və yaralılar haqqında informasiya dəqiqləşdirilir”, - Gennadi Moskal vurğulayıb.
O, bildirib ki, atəşin dayandırılması haqqında razılıq əldə etmək üçün ATƏT-in nümayəndələri "Luqansk Xalq Respublikası” rəhbərliyi ilə telefonla danışsalar da, bu cəhdlər nəticəsiz qalıb.
 
Moskal əlavə edib ki, Ukrayna ordusuna hücum edən "Don qoşununun 32-ci kazak alayı”nin döyüşçüləri "LXR”ə tabe olmurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA