Azərbaycanda dəhşət doğuran qətliamı törədən danışdı - VİDEO

img

01-10-2014 [17:28]


Bu gün Goranboyda baş verən cinayət hadisəsinin yeni detalları bəlli olub.

 

Bu barədə Goranboy rayonu Safıkürd kəndinin sakinləri məlumat veriblər. Onlar R.Hüseynovun qayınanası və digər şəxslərin qətlindən sonra həyat yoldaşının digər qohumu - əmisinin evinə yollandığını deyiblər. Lakin həmin şəxs evin qapısını açmaqdan imtina etdiyi üçün Hüseynov qapıya atəş açaraq hadisə yerini tərk edib.

 

Polisə könüllü təslim olan Rafiq Hüseynov peşmançılıq keçirmədiyini söyləyib. Qatil yalnız qətlə yetirdiyi azyaşlı uşağa görə peşman olduğunu polisə verdiyi ifadədə qeyd edib.

 

Safıkürd sakinləri Rafiq Hüseynovun sakit həyat tərzi sürən şəxs olduğunu da bildiriblər:

 

"O, sakit şəxs idi. İndi qətlə yetirdiyi qadın da ikinci həyat yoldaşı idi. Bütün günü adi işlərlə məşğul olurdu. Bənna işləyirdi”(axar.az).

 

Qeyd edək ki, Rafiq Hüseynov bu gün Goranboy rayonu Safıkürd kəndində öz həyat yoldaşı və onun altı qohumunu qətlə yetirib.

 

Hadisə yerindən APA TV-nin hazırladığı süjeti təqdim edirik:

 



Digər xəbərlər
SON XƏBƏRLƏR