Bakıda 4-ci sinif şagirdləri yoxa çıxıb

img

30-09-2014 [12:39]


Bakı şəhərində iki məktəbli yoxa çıxıb. Xətai rayonu ərazisində yerləşən Zakir Əhmədov adına 64 saylı orta məktəbin 4-cü sinif şagirdləri, 9 yaşlı Aysu Həsənova və onun xalası oğlu İlqar Bağırov dərsdən evə qayıtmayıblar. 

Xətai Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, 9 yaşlı A.Həsənovanın atası polisə ərizə yazaraq qızının və onunla bir sinifdə oxuyan baldızı oğlunun yoxa çıxmasını bildirib. Hazırda həmin uşaqların tapılması istiqamətində axtarış aparılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR