Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)

img

06-04-2026 [10:18]


“Birinci dəfə sürüşdü, güclə tutub çıxardıq. İkinci dəfə sürüşəndə çatdıra bilmədik…”

Mia.az xəbər verir ki, bunu Baku TV-yə Qusar rayonunun Gündüzqala kənd sakini Ramazan Xəncərov ötən gün 29 yaşlı Farik Rəsulovun seldə həlak olmasının təfərrüatlarını danışarkən bildirib. 

Onun sözlərinə görə, hadisə sakinlərin Quru çaya gələn seli seyr etməsi zamanı baş verib: “İki gündür çaya sel gəlir. Hamımız qıraqda dayanmışdıq, selə baxırdıq. Farik bir az qıraqda dayanmışdı, torpaq suyun içinə düşdü. O da onunla bir yerdə düşdü.

O qədər qaçdıq, ayaqyalın, bütün kənd qaçdı, amma çatdıra bilmədik. Su çox sürətli idi. Evin tək oğlu idi, subay idi. Toya hazırlaşırdı".

Daha ətraflı videomaterialda:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA