Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib

img

01-04-2026 [09:12]


ABŞ və İsrailin hücumuna məruz qalan İranın Xuzistan əyalətindəki Əhvaz şəhərində dörd güclü partlayış baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyinin məlumat yayıb.

Agentliyə açıqlama verən Xuzistan əyalətinin qubernator müavini Vəliollah Hayati bildirib ki, indiyə qədər heç bir itki və ya xəsarət alan olmayıb.

Xatırladaq ki, Xuzistan əyalətinin Əhvaz şəhəri ölkənin cənub-qərbində, İraqla sərhəddə yerləşir.

Bu arada isə gecədən başlayaraq Tehranın şimal-şərq, qərb və mərkəzi bölgələri də bombalanıb.

İran nediası yazır ki, Tehrandakı partlayışlarla eyni vaxtda Kərəcdə də partlayış səsləri eşidilib. Lakin itkilər və vuurlan hədəflər haqqında məlumat verilməyib. 

Tahir Şəlvəli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA