Viktor Orban: Neft tədarükü bərpa edilməsə, Ukraynaya maliyyə dəstəyi olmayacaq

img

19-03-2026 [13:34]


Macarıstan "Drujba" neft kəməri ilə tədarüklər bərpa olunmayana qədər Ukrayna ilə bağlı heç bir qərarı dəstəkləməyəcək.

Bunu Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə Aİ ölkələrinin dövlət və hökumət başçılarının sammitindən əvvəl bildirib.

Onun fikrincə, Ukrayna üçün 90 milyard avroluq kredit və Rusiyaya qarşı sanksiyalar üzrə heç bir irəliləyiş yoxdur və olmayacaq.

"Macarıstanın mövqeyi çox sadədir. Biz Ukraynanı dəstəkləməyə hazırıq. Lakin bu, onun tədarükünü əngəllədiyi neftimizi alacağımız halda mümkündür. O vaxta qədər Macarıstan Ukrayna üçün maliyyə vəsaiti ilə bağlı heç bir qərarı dəstəkləməyəcək", - o qeyd edib.

Orban deyib ki, neft Macarıstana daxil olmalıdır, "Drujba" neft kəmərini təmir etmək və yenidən işə salmaqla bağlı vədlər isə "sadəcə nağıldır".

Macarıstan lideri yalnız faktlara inandığını vurğulayaraq, başqa heç bir variantın olmadığını əlavə edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA