Anar Ələkbərov Xalq şairini evində ziyarət edib - FOTOLAR

Anar Ələkbərov Xalq şairini evində ziyarət edib - FOTOLAR

MƏDƏNİYYƏT

18.02.2026, 13:13

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq şairi Nəriman Həsənzadənin 95 yaşı münasibətilə onu evində ziyarət edib.

Mia.az xəbər verir ki, A.Ələkbərov görüşdən fotoları instaqram hesabında paylaşıb.

“Dəyərli Xalq şairimiz Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik. Böyük söz ustasına möhkəm cansağlığı, ruh yüksəkliyi və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qəlbinizin nuru daim sözünüzə işıq saçsın. Doğum gününüz mübarək!”, - A.Ələkbərov paylaşımda qeyd edib.




Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR